AMEA-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev bu gün işə çıxmayıb".

Olaylar.az  xəbər verir ki, bunu "Report"a açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, Ramiz Mehdiyev sonuncu dəfə dünən - fevralın 16-da işə çıxıb: "O, akademiyada və Rəyasət Heyətində bəzi işlərini yekunlaşdırmaq üçün işə çıxmışdı. Ramiz Mehdiyev istefa ərizəsini yazaraq yekunlaşdırıb. Məndə olan məlumata görə o, istefa ərizəsini bu gün təqdim edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31