“Qərbi Azərbaycanın qurucuları” silsiləsindən – (I yazı)
17 Fevral 2022 10:19 SosialQismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
"Otuzminçilər"dən biri Xıdır İbrahim oğlu...
Tarixi-coğrafi keçmişi baxımından eramızdan əvvəl Sak (İskit)-Oğuz tayfalarının (Kuman-Qıpçaq türklərinin) qədim yaşayış məskənlərindən olan Basarkeçər nahiyəsi (sahəsi 1151 kv.km, əhalisi 32 min nəfər) Göyçə gölü hövzəsi Şahdağ silsiləsinə və Qarabağ dağlıq yaylasına bitişik olmaqla, həm də bütünlüklə Türk-Müsəlman mənşəli yaşayış məntəqələrindən ibarət olmuşdur, 1988-ci ilədək nahiyənin milli etnogenetik və morfostuktur tərkibli 37 kəndinin yalnız üçündə-Tüstülü, Qırxbulaq, Yenikənd kəndlərində və Basarkeçər şəhərində 1920-ci ildən sonra yerləşdirilmiş ibtidai insan-hay sürüsü mövcud olmuşdur.
Eramızdan əvvəl III-II minilliklərdə əski türkdilli tayfa-qəbilə ittifaqlarının inzibati-ərazi vahidi kimi formalaşan Bütöv Azərbaycan sərhədləri hüdudunda Göyçə mahalının zəngin tarixi-coğrafi keçmişinin bir mərhələsi də XX əsrin payına düşmüşdür. Göyçə gölü hövzəsinin cənub-şərqini tutan Basarkeçər nahiyəsinin Türk-Müsəlman əhalisi bu tarixi mərhələdə həm dövrün ağır sınaqları ilə üzləşmiş, həm də mahalın dirçəldilməsində, idarə edilməsində, iqtisadi-mədəni yüksəlişində böyük rol oynamışlar.
Bu cür soydaşlarımızdan biri də Sarı Yaqub kənd sakini Xıdır Molla İbrahim oğlu Quliyev (1912-1985) olub. İlk təhsilini tanınan din xadimi kimi atasından və kənd mədrəsəsinin dini-irfan sahiblərindən alsa da, 1918-1920-ci illərdə hay kilsəsinin və hay-daşnak quldurlarının mahal boyu kəndlərə etdikləri silahlı basqınlar onun təhsilinin davam etdirilməsinə imkan verməyib.
O da məlumdur ki, Məzrə çayı (Təsra dağından başlayaraq Göyçə gölünə tökülür, uzunluğu 45 km) yaxınlığındakı Sarı Yaqub kəndi xüsusi Azərbaycan dövlətçilik tarixində, milli sakral coğrafiyasında mühüm mərhələ təşkil edir. Böyük Səfəvi hökmdarı Şah İsmayıl Xətainin (1487-1524) fərmanı ilə bu kənd Haqq övliyası, sufi Şeyxi, İrfani-sınanılmış kəramət yiyəsi, Haqq aşiqi Seyid Hüseyn Məhəmməd oğluna-Miskin Abdala (1430-1535) nəsilbənəsil bağışlanılıb, pay verilib. İlk vaxtlarda bu oba Zərgərli adlansa da, XIX əsrin ortalarından sonra Miskin Abdalın oğul nəslindən olan Sarı Yaqubun şərəfinə orotoponim dəyişdirilib.
İnzibati-ərazi vahidi kimi Sarı Yaqub kəndinin ümumi ərazisi 4800 hektardır, bundan 1800 hektar əkin, 300 hektar isə otlaq və biçənəkdir.
"Qafqaz haqqında məlumatlar toplusu"nun 1880-ci il nəşrində göstərilir ki, Yeni Bəyazid qəzasının Sarı Yaqub kəndində 1873-cü ildə aparılmış qeydiyyata görə 32 "tüstü"(həyət) var, 294 nəfər əhali yaşayır ki, hamısı Azərbaycan türkləridir.
1912-ci il "Qafqaz təqvimi"nin məlumatında isə bu rəqəm 604 nəfər göstərilib.
1988-ci ildə hay kilsəsinin aramsız hücumları zamanı kənddə 1792 nəfər yaşayıb, indi isə boşalmış yurdlarda 100 nəfərə yaxın hay məskunlaşıb.
...1918-ci ilin aprel ayında atası-anası dünyalarını dəyişdiyindən böyük qardaşı Oruc (1855-1924), bacısı Tovuz (1905-1975) və balaca Xıdır öküz arabasına yüklədikləri palaz-paltarı, taxılı-avadanlığı, qabağlarına qatıb sürdükləri mal-heyvanı, Tərsa və Keyti-Mehdi dağlarını aşaraq gətirirlər Kəlbəcər nahiyəsinin Alolar kəndinə ata-babadan tanıdıqları bir evə. Aradan bir müddət keçəndən sonra ev yiyəsi "yetimlərin" malını dəbbələyir, Oruc bu vaxt nahiyədə qulluq edən Osmanlı Türkiyəsinin zabitinə müraciət edir. Türk zabiti həmin adamı gətizdirir hüzuruna, onun uzun bığlarından tutub yuxarı qaldırır, bir-iki söyüş söyür və qırmancla onu döyəndən sonra məcburi köçkünlərin malını alıb qaytarır özlərinə.
Türk əsgərləri Kəlbəcəri tərk edəndə Oruca deyiblər ki, biz gedirik, sizi burda incidəcəklər, odur ki, başqa yerə köçün.
Ona görə də Oruc bacı və qardaşı ilə ordan gəlib məskunlaşırlar Laçın nahiyəsinin Minkənd kəndində.
Xıdır İbrahim oğlu 1920-ci illərin əvvəllərində xüsusi qabiliyyəti, yazıb-oxumaq istedadı, ağılı və zehni olduğundan Bakı şəhərində təşkil edilmiş savadsızlığın ləğvi kurslarında ictimai-siyasi savad verən qısamüddətli təhsil alır, geri doğma kəndinə qayıdıb və Sarı Yaqub kənd İcraiyyə Komitəsinin işinin təşkilində bilavasitə iştirak edib.
1920-1921-ci illərədək hay-daşnak silahlı quldurları tərəfindən doğma ocaqlarından didərgin salınmış Sarı Yaqub, Qoşabulaq və Qayabaşı kəndlərinin əhalisinin geri qayıtmasında (Kəlbəcər, Gədəbəy, Laçın, Dəstəfur (Daşkəsən)... nahiyələrindən), onların yerbəyer edilməsində, dağıdılmış həyətlərin bərpa edilməsində yaxından iştirak etmiş və bu işlərlə bağlı ictimai-təşkilatı işlərə də rəhbərlik etmişdir.
1920-ci ilin sonu, 1930-cu illərin əvvəlində Basarkeçər Xalq məhkəməsində işləyəndə yanındakı yetim Suren Martirosyanın ali hüquqi təhsil almasını təmin etmiş, hətta məhkəmə işçisi Arçalus Qriqoryanla evləndirmişdir. 1980-ci illərədək Basarkeçər Xalq Məhkəməsinin hakimi S.Martirosyan olmuşdur.
1930-cu illərdə Qərbi Azərbaycanda kollektiv təsərrüfatların yaradılmasında, bir-birinə yaxın kəndlərin (Qoşabulaq, Qayabaşı və Sarı Yaqub) bir kolxozda birləşərək kənd təsərrüfatının inkişafı da uzun illər təçkilatçı rəhbər kimi çalışan Xıdır İbrahim oğlunun çiyinləri üzərinə düşmüşdür. 1942-1944-cü illərdə İİ Dünya müharibəsi cəbhələrində zabit kimi döyüşmüş, yaralanaraq geri qayıdib, əvvəlki vəzifələrini davam etdirmişdir.
25 mart 1955-ci ildə həyata keçirilənMərkəzi Komitənin "Qtuzminçilər hərakatı"nın fəal üzvü kimi təsərrüfat rəhbəri kimi (kolxoz sədri seçilməklə) hər üç kəndin təsərrüfatının inkişafına nail olur.
Heyvandarlıq və əkinçilik istiqamətində təşəkkül tapan kolxozda süd-əmtəə ferması, qoyunçuluq briqadası ən gəlirli sahə olub, əkinçilikdə taxıl, tütün sahələrinin məhsuldarlığı yüksək idi. Həyətyanı sahələrdə meyvə bağları geniş sahə tuturdu. Örüş, otlaq, biçənək yerləri kimi Tərsa dağının, Sarıyer yaylaqlarının güllü-çiçkəli obaları ilin iyun-avqust aylarında tərəkəmə elatının oylağına çevrilirdi.
Təsərrüfat ərazisində (hər üç kənddə) şərti yarasız torpaq sahələrinin (daşlı-şınqqıllı, çayətrafı hissələrdə) əkin dövriyyəsinə daxil ediılməsi məqsədi ilə camaatı səfərbər edirdi, sahələdən daşlar yığılırdı, daşınırdı, kol-kos təmizlənirdi... əkin yerlərinə çevrilirdi.
1965-1966-cı illərdə Yuxarı və Aşağı Şorca kəndlərinin aşağı hissəsində qovuşan dağ sularını arxla kəndə çəkdirərək (10 km məsafədə) təsərrüfatın əkin sahələrinin su təmintını həll etmişdir. Əlavə olaraq, Tərsa dağının Daşlı bulaqdan, Cərgəli bulaqdan həyətyanı sahələrə içməli su kəməri inşa etdirmişdi ki, nəticədə Dilican vadisindən yüksək sortlu meyvə ağaclarının (gavalı, alma, armud...) əkini hər həyətdə yaşıllığa çevrilmişdi.
Həmin sudan haylar Basarkeşər şəhərinə bir kəmər ayırmışdılar.
Qoşabulaq kəndinin 4000 hektara qədər münbit torpaqlarında taxıl, tütün, kartof... əkilirdi, meyvə bağları salınmışdı.1980-ci illərədək bu kənddə 7 su dəyirmanı fəaliyyət göstərib. Bu kənd Alban mədəniyyətinin əski tarixini özündə yaşadan qədim Türk-Müsəlman ocağı idi.
Qayabaşı kəndinin əsasını da Türk tərəkəmə elatından Hacı Qərib qoyub, XVIII əsrdə. 1873-cü ildə bu kənddə 131 nəfər, 1916-cı ildə 234 nəfər yaşayıb, 1918-1920-ci illərdə (13-20 aprel 1919-cu ildə güclü hücum edilib) hay-daşnak quldurlarının qətliamından sonra, 1922-ci ildə cəmi 149 nəfər qalıb.
Bu kəndlərin dirçəldilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi ilə yanaşı elin-obanın ictimai-mənəvi həyatında da Xıdır İbrahim oğlunun əməyi az olmayıb. Küsülü qohumları barışdıran, qan düşmənçiliyini yatıran Ağsaqqal həm də bütün məclislərdə iştirak edərdi, dini mərasimlərə qatılardı və milli dəyərlərin qorunmasına həssaslıqla yanaşardı.
1956-cı ildə Miskin Abdal ocağının xələfi Nəsib Ağa (1930-2010) ağır bağırsaq xəstəliyinə tutulmuşdu, Basarkeçər nahiyə xəstəxabasına onun müalicəsi üçün xərclər bahasına İrəvan şəhərindən tanınmış həkimi gətizdirmişdir.
Davamçısı kimi qız nəvəsi Nemət Novruz oğlu İsmayılova (1961) böyük ümid bəsləyirdi. O,1978-ci ildə Gəncə Kənd Təsərrüfatı institutunun Baytarlıq fakültəsinə qəbul olunanda onu ilk təbrik edən babası Xıdır olub, nəvəsi ilə birlikdə Gəncə şəhərindən Bərdə rayonu, Yeni Daşkənd kəndinə (1918-1919-cu illərdə hay quldurlarının qətliamlarından qurtularaq burada məskunlaşan Basarkeşər mahalının cammatı yaşayan) gedərək qohumlarına gözaydınlığı vermişdir.
Onun ailəsində üç övlad böyüyüb-oğlu Yaşar (1942) Rus dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil alıb, hazırda Göygöl rayonunda yaşayır, qızları Tərifə (1950) "Azərbaycan dili və ədəbiyyatı" fənnindən dərs deyib, Səlminaz (1945) Şəmkir rayonu, Çardağlı kəndində yaşayır, Bülbül xanım haqq dünyasına qovuşmuşdur.
Elin-obanın müdrik ağsaqqalı və hörmətli rəhbəri kimi Xıdır İbrahim oğlunun işgüzar həyatı da məhz Sarıyer yaylaqlarında sona çatmışdır. Orada yıxılaraq ciddi zədə alaraq dünyasını dəyişmiş və Miskin Abdal qəbirstanlığında dəfn edilmişdir.
R.S. 1984-cü ilin güllü-çiçəkli yaz aylarının bir günündə Qoşabulaq kəndinə gələn Basarkeçər Rayon Partiya Komitəsinin I katibi, daşnak Q.Nurcanyan yanında olan rayon İcraiyyə Komitəsinin sədri Zərbalı Qasım oğlu Qurbanova (1932-2000) deyir:
-Gözəl, mənzərəli, yaxşı kənddir, heyif ki, Türklər yaşayır...
R.S.S. Basarkeçər nahiyəsi və eyni adlı şəhər (nahiyə mərkəzi) hay kilsəsi ("Ermənistan" Ali Soveti Rəyasət heyəti) tərəfindən 11.06.1969-cu ildən "Vardenis" kimi adlanır, Sarı Yaqub kəndi 11.04.1991-ci ildən "Caqatsadzor", Qayabaşı kəndi-"Geğamabak", Qoşabulaq kəndi-Şatcrek", Nərimanlı (Hüseynquluuşağı) kəndi isə "Şatvan", 1930-cu illərdə Bala Məzrə və Şişiqaya kəndlərinin torpaqları hesabına Türkiyə Cumhuriyyətindən, Fransadan, Yunanıstandan... köçürülən haylar üçün yaradılan (300-ə qədər evli) Yenikənd kəndi-"Noraget", Tüstülü kəndi-1928-ci ildə Van gölü ətrafından haylar bu kəndə köçürülüb, 1918-1920-ci illərdə Basarkeçər nahiyəsində qətliam-soyqırım törədən quldurbaşı A.Ozanyanın əsas qərargahlarından biri bu kənddə olub, 1968-ci ildən "Lusakunk", Məzrə çayı-"Masrik" olub.
(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Basarkeçər nahiyəsinin Nərimanlı kənd sakini Hacı Novruz Məhəmmədəli oğlu İsmayılovun (1932) məlumatlarından istifadə olunmuşdur.)