"Əvvəlki həyat tərzinə qayıtmağın vaxtı çatıb, üçüncü doza ləğv edilməlidir" - Həkimdən ÇAĞIRIŞ
6 Fevral 2022 21:58 SosialOlaylar.az bildirir ki, bunu manset.az-a açıqlamasında Nevroloq, Avropa Nevrologiya Akademiyasının üzvü Qalib Əsədov bildirib. O, əlavə edib ki, koronovirus mutasiya nəticəsində ağciyər toxumasina daxil olmağa kömək edən reseptoru itirib:
"Ona görə də əksər xəstələrdə sadecə yuxarı tənəffüs yollarının zədələnməsi baş verir. Düşünürəm ki, artıq əvvəlki həyat tərzinə qayıtmağın vaxtı çatıb. Bir sıra Avropa dövlətlərində olduğu kimi bizdə də bütün məhdudiyyətlər aradan götürülməli, üçüncü doza, nə bilim iyirmi səkkizinci doza kimi məcburi qaydalar ləğv edilməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31