Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
6 Fevral 2022 19:26 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 276 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2457, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1632, buster doza üzrə vaksinasiya olunanların sayı isə 28 187 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 218 555, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 248 382, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 752 395, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 218 778 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31