Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
6 Fevral 2022 19:22 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7474 yeni yoluxma faktı qeydə alınıb, 4840 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 698 654 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 646 378 nəfər müalicə olunaraq sağalıb, 8871 nəfər vəfat edib, aktiv xəstə sayı 43 405 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 043, ötən müddət ərzində isə ümumilikdə 6 267 457 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31