Direktorun müəllimi təhqir etməsi ilə bağlı məsələ araşdırılır
5 Fevral 2022 20:06 SosialGöygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmraslanovanın Ramiz adlı müəllimi təhqir etməsi ilə bağlı araşdırma başlanılıb.
Olaylar.az bildirir ki, bu barədə apa-nın yerli bürosuna Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov məlumat verib.
"Hadisə barədə günorta saatlarından məlumatım var. Nəzərinizə çatıdırım ki, həftənin 6-cı günü bizdə istirahət günüdür. Məktəblər və idarə 5 günlük rejimdə çalışır. Məsələ nəzarətimizdədir. Birinci gün araşdırma aparılacaq və fakt təsdiqini taparsa, o zaman lazımı tədbirlər görüləcək, məsələyə hüquqi qiymət veriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31