Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 448 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3098, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2025, buster doza üzrə vaksinasiya olunanların sayı isə 31 325 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 186 279, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 245 925, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 750 763, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 189 591 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31