Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7704 yeni yoluxma faktı qeydə alınıb, 4109  nəfər müalicə olunaraq sağalıb.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 691 180 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 641 538 nəfər müalicə olunaraq sağalıb, 8846 nəfər vəfat edib, aktiv xəstə sayı 40 796 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 531, ötən müddət ərzində isə ümumilikdə 6 248 414 test aparılıb.

Azərbaycanda 7 704 nəfər COVID-19-a yoluxub, 23 nəfər vəfat edib - Gallery Image

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31