Xocahəsən və Sulutəpəyə su fasilə ilə veriləcək
5 Fevral 2022 11:47 Sosial5 fevral 2022-ci il tarixində gün ərzində Binəqədi rayonu Xocasən və Sulutəpə qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə məlumat "OLAYLAR"-a "Azərsu" ASC-dən daxil olub.
Bildirilib ki, buna səbəb magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar həyata keçiriləcək tədbirlərdir.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31