Xocalı qurbanları Niderland Krallığında da anılacaq

Xocalı soyqırımının 30-cu ildönümü Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrində də qeyd ediləcək.

"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Hiollandiya Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın verib. O bildirub ki, bu məqsədlə adıçəkilən ölkədə yaşayan azərbaycanlılar fevralın 26-da bir araya gələrək soyqırım qurbanlarını anacaq, bu qanlı hadisəni törədənlərin beynəlxalq ədalət məhkəməsinə verilməsini tələb edəcəklər.

Anım mərasimi Den Haqq şəhərində ucaldılmış Xocalı soyqırımı qurbanlarının abidəsi önündə baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31