“Şəxsin komfort zonasını maddədə tapmaması üçün biz ətraf olaraq ona bir komfort zona yaratmalıyıq”

Müsahibimiz Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyevdir.

Ramin müəllim, narkomaniya nədir və əsasən kimlər bu bəlanın qurbanı

- Bildiyimiz kimi hal-hazırda, asılılıq çox ciddi və aktual bir problem kimi dəyərləndirilir. Ümumiyyətlə asılılığı maddi asılılıq və davranışsal asılılıq olaraq iki yerə bölə bilərik. Davranışsal asılılıq deyəndə, internet asılılığı, oyun asılılığı, qenpilib asılılığı (yeni qumar asılılığı), alış-veriş asılılığı və bir çox digər asılılığı qeyd edə bilərik. Maddi asılılıq dedikdə isə ümumiyyətlə narkomaniya, alkoqolizm və toksikomaniyakimi dəyərləndirdiyimiz, amma hal-hazırda ümumi bir anlayış altında birləşdirilən pisxoaktiv maddə asılılığını nəzərdə tuturuq. Psixoaktiv maddə asılılığı şəxsin qəbul etdiyi maddənin orqanizmdə yaratdığı zərərlərə, fəsadlara rəğmən yenidən o maddənin istifadə edilməsi prosesidir. Yəni şəxs müəyyən bir maddə istifadə edir. Orqanizmdə fizioloji, psixoloji və sosial olaraq şəxsin həyatında bir sıra dəyişikliklər baş verir və bu dəyişikliklərə rəğmən yenidən maddə istifadə edilir. Ümumiyyətlə psixoaktiv maddə dedikdə, biz satışı və daşınması qadağan olan maddələri, psixotrop maddələri, bitkini, nikotini nəzərdə tuturuq. Hətta 2012-ci ildən "DSM-5" və xəstəliklərin beynəlxalq təsnifatı " XBT 10" əlavə olaraq bir dəyişiklik edildi və burdan qəhvəni də psixoaktiv maddə kimi dəyərləndirdilər. Ümumiyyətlə, psixoaktiv maddə asılılığı, uzun illər maddə asılılığı gücsüzlük, iradəsizlik, hətta "deviant" davranış forması kimi dəyərləndirilib. Amma son tədqiqatlar, son yanaşmalar onu göstərir ki, psixoaktiv maddə asılılığı, yəni narkomaniya, alkoqalizm, toksikomaniya və digər asılılıqlar gücsüzlük, iradəsizlik və yaxud bir devrat davranış kimi yox, xroniki bir beyin xəstəliyi kimi dəyərləndirilir və şəxsin qəbul etdiyi maddənin beyində apardığı dəyişikliklərə uyğun olaraq mükafatlandırma sistemi pozulur və artıq şəxs əvvəlki davranışları, əvvəlki adətləri, vərdişləri, həyat maraqlarından və digər faktorlardan həzz alınır. İndi artıq maddənin beyində yaratdığı qısamüddətli bir həzz amili ortaya çıxır ki, şəxs bumaddəni qəbul etdikdə müəyyən bir emosional dəyişikliklər, davranışlar hiss edir və bir müddətdən sonra artıq şəxsdə maddənin qəbulu nəticəsində tolerantlıq yaranır. Bu zaman şəxsdə maddə istifadəsi daha geniş vüsət alır, miqdar artır, növ dəyişir, yeni qəbuletmə vasitəsi dəyişir və müddət qısalır, artıq tolerantlıq yarandığı təqdirdə şəxs həzz amili üçün yox, normal enerjili və yaxudağrısız bir həyat yaşamaq üçün maddə istifadəsinə davam edir. Ümümiyyətlə hal-hazırda biz maddə asılılığı ilə bağlı dəyərləndirmə aparsaq və yaxud tədqiqatlara, son yanaşmalara nəzər yetirsək, görərik ki, alimlər maddə asılılığının səbəbi olaraq bəzi alimlər genetik faktorları, bəziləri sosial, psixoloji faktorları, təbiət sistemini və yaxud şəxsin maraq dairəsini, İQ səviyyəsini, dünyagörüşünü, antik yanaşmanı və digər məsələləri qeyd ediblər. Mən özüm hardasa 12-13 ildir ki, maddi asılılığını araşdırıram və indiyə kimi real olaraq görüşdüyüm pasiyentlərdən qeyd edə bilərəm ki, maddə asılılığının birbaşa səbəbi uşaq alınan fiziki və psixoloji travmadır. Bu travma nəticəsində şəxsiyyətin formalaşmasında bir sıra problemlər ortaya çıxır və bu bizim birbaşa beyinmexanizmlərinə təsir etdiyinə görə, şəxs gələcəkdə maddə asılılığına daha yatqın bir hala gəlir.

-.Valideynlər övladının maddə asılısı olduğunu necə öyrənə bilər?

Maddə asılılığında problem yaradan amillərdən biri maddə istifadəsinin gizli şəkildə davam etməsidir. Valideyn bununla bağlı heç bir məlumata sahib deyil və heç bir təhlükə görmür. Əgər övladında hər hansı bir dəyişiklik varsa, onu normal bir dəyişiklik kimi qəbul edir. Maddə istifadəsi arxa fonda davam etdiyinə görə, artıq şəxsdə dəyişiklik baş verdiyi təqdirdə işimiz çətinləşir. Həm müalicəvi metodlar, həm də terapevtifmetodlar baxımdan. Məlumdur ki, maddənin növünə və istifadə müddətinə görə, şəxsdə bir sıra dəyişikliklər - həm sosial, həm də psixoloji dəyişikliklər meydana gəlir. Bu dəyişikliklərin valideynlər tərəfindən müşahidə olunması və anında qərar verilməsi çox vacib bir məqamdır. Çünki operativ şəkildə qarşısı alınsa nəticələrimiz də çoxeffektli olur. Sosial olaraq şəxsdə dost çevrəsində dəyişiklik, dərsə marağın düşməsi, davamiyyətdə problem, psixoloji olaraq tənhalığa meyllilik, yalan amilinin dahagözəçarpan şəkildə ortaya çıxması, göz təmasından qaçış, ünsiyyətdən yayınma, tualet və hamamdan saatlarla çıxmamaq, depresiya, təşviş pozuntusu və bir sıra psixoloji problemlər müşahidə oluna bilər. Fizioloji olaraq isə, şiddətli ağrılar, arıqlama, saç tökülməsi, ağız və burun suyunun saxlanmaması, mədə-bağırsaq, ürək-damar sistemində ciddi problemlər, dişlərin tökülməsi, sümüklərin deformasiyası və bu kimi hallar müşahidə oluna bilər. Lakin qəti şəkildə maddə amilini ön planda tutaraq uşağın üzərinə getmək olmaz. Çünki nəticəni dəqiq bilmədiyimiz üçün yalnız test və həkim dəyərləndirməsi ilə maddə istifadəsi ortaya çıxmırsa valideyn və övlad arasında ciddi bir boşluq yarana bilər. Bu da sonraki mərhələdə konfliktlərə səbəb ola bilər. İlk olaraq isə övladımızın davranışlarından nəticə çıxararaqüzərinə getməliyik. Məsələn: "Narahat görürəm səni, problemin varsa həll edək" kimi cümlələrdən istifadə edib mütəxəssislərə yönləndirmək vacibdir.

- Narkomaniya ilə mübarizə həmişə gündəmdə olub. Son zamanlar isə bu çox ciddi və qlobal xarakter alıb. Adama elə gəlir ki,  gözəgörünməz bir əl, bu ağır bəlanın daha da yayılmasına səbəb olur. Günahkarı, səbəbkarı və yaxud səbəbi harda axtarmalıyıq? Hər hansı bir gəncin narkotikaya qurşanmasında  ailəni günahkar saya bilərikmi?

- Maddə asılılığında günahlandırma və mühakimə etməkdən çox anı dəyərləndirmək vacibdir. Yəni valideynləri, yaxın ətrafı günahlandırdığımız təqdirdə, gələcəklə bağlı heç bir adekvat addımlar ata bilmirik. Əlbəttə, səbəb olaraq uşaqlıq travmaları, dost çevrəsi, maraq dairələri, ümumiyyətlə bir çox faktorlar qeyd oluna bilər. Mövzunu travma olaraq dəyərləndirib, dar məcraya salmaq düzgün olmaz. Bəli, şəxsin asılı şəxsə çevrilməsində valideynlərin rolu əvəzsizdir. Buna görə də, istər hüquqi, istərsə də tibbi baxımdan atılan addımlar təqdirəlayiqdir. Sadəcə biz nəyə görə asılı şəxsə çevrilirik, nəyə görə şəxs asılı şəxsə çevrilir? Əgər bu sual bizi maraqlandırırsa, burada birbaşa ailələrə yönəlməli, əsasən məktəbdə, ailələrlə bağlı maarifləndirici işlər artırılmalı, düzgün metodlardan, düzgün informasiya üsullarından, düzgün təhsil metodlarından istifadə edərək şəxlərdə maddəyə qarşı bir cavab yox, bir düşüncənin açılması fonunda daha çox tənqidi fikirlə yanaşma prosesi həyata keçirilməli və o şəxlər maddə ilə bağlı maarifləndirilməli və xüsusi işlər görülməlidir.

-Narkotika asılılığı yaranan və bu səbəbdən müalicə olunan şəxslərin sağalma  ehtimalı nə qədərdir? Bu bəladan sağalan insanların narkomaniyaya təkrar dönüşü olubmu?Bu müalicə mərhələləri hansılardır?

- Ümumiyyətlə psixoaktiv maddə asılılığıxroniki bir xəstəlik olduğu üçün bu müalicədə sağalma yox,əsas saxlama sözündən istifadə edirik. Bildiyimiz kimi, xroniki xəstəliklərdə xroniki sözü varsa, sağalmayan xəstəliklər təsnifatına düşür. Buna misal olaraq, şəkər xəstəliyini, şizofreniyanı, bəzi onkoloji, infeksion xəstəlikləri deyə bilərik. Ona görə də, maddə asılılığı da xroniki bir beyin xəstəliyi olduğu üçün sağalma yox, saxlama sözündən istifadə edirik. Şəxs maddə asılılığından əziyyət çəkirsə, mütəmadi olaraq nəzarətdə olmalı, istər sosial, istər psixoloji, istərsə də fizioloji terapiyalara qoşulmalı, bərpa prosesini keçməli, yenidən sosiallaşması, sıradan çıxmış vərdiş və bacarıqlarını aktivləşdirməsi üçün uzun bir prosesdə iştirak etməlidir. Bu proses çox ağır və məsuliyyətli bir yoldur. Bizim üçün vacib olan şəxsin maddə istifadəsindətam sağalma yox, saxlama müddətinin nə qədər uzunmüddətli olmasına çalışmaqdır. İstənilən halda bilirik ki, maddə asılılığında xarici və daxili tətikləyicilərin təsiri nəticəsində yenidən maddəyə qayıtma halları müşahidə olunur. Ona görə də biz şəxsin sağalmasını saxlama kimi dəyərləndirməli və o mütəmadi olaraq həm ailə, həm də mütəxəssislər tərəfindən

nəzarətdə olmalıdır.Bəzi psixoaktiv maddələr var ki, onların istifadəsi nəticəsində ağrılar meydana gəlir. Müalicə mərhələlərini qeyd etdikdə şəxs ilk növbədə həkim-narkoloq nəzarətində 10-12 gün müddətində, təyin olunmuş bir müalicə prosesi davam edir. Məqsəd şəxsi ağrılardan azad etmək və bədəndəki toksik maddələri bədəndən uzaqlaşdırmaqdır. Ümumiyyətlə inkişaf etmiş ölkələrdə belə bu proses terapiyaya hazırlıq mərhələsidir. Şəxsin ağrıları aradan qaldırılmalıdır ki, o normal terapiya prosesində ağrısız, könüllü şəkildə iştirak etsin ki, bizim terapevtik müalicəmiz dəeffektli olsun. İkinci mərhələ tənqidi fikrin formalaşması mərhələsidir. Maddə asılılığında düşüncə bloklanır, şəxs normal düşünə, gələcəyi ilə bağlıplan, proqram ortaya qoya bilmir. Buna səbəb isə beynimizdə, alın payımızda yerləşən " adlı nahiyyədir ki, maddə istifadəsi zamanı bloklanır, düşüncə bağlanır və şəxs həyatı ilə bağlı heç bir qərar verə bilmir. İlkin olaraq tənqidi fikri formalaşdırmaqda məqsəd bizim üçün vacib olan düşüncə bölgəsini aktivləşdirməkdir. İkinci mərhələdə bir növü terapiyaya hazırlıq, tənqidi fikrin formalaşması dayanır. Motivasiyaedici müsahibədə şəxsi maddədən uzaqlaşdırmaq üçün onu istək mərhələsinə gətirməliyik. Üçüncü reabilitasiya mərhələsidir ki, bu da çox vacib bir prosesdir. Reabilitasiyada sıradan çıxmış vərdişlər, bacarıqlar, istəklə mübarizə aparmaq, "yox" demə bacarığının aktivləşdirilməsi, günahlandırma hissinin aradan qaldırılması, fərqli terapiyalarda əsas travmalar və.s qrup terapiyaları nəzərdə tutulur. Sonuncu mərhələ isə resosializasiya mərhələsidir ki, şəxsin yenidən cəmiyyətə sosiallaşması, əmək fəaliyyətinin bərpası, ailəvi münasibətlərinin əvvəlki hala gətirilməsidir. Bu proseslərin hər birinin normal şəkildə həyata keçirilməsi şəxsin maddədən uzaqlaşması üçün ən vacib amillərdir.

-.Narkomaddələr arasında son vaxtlar eşitdiyimiz iki ad var. Patı və Şüşə. Sizcə narkotacirlər niyə daha çox bunlara üstünlük verirlər?

- Son dövrlərdə ən çox rastlaşdığımız maddə adı qeyd etdiyimiz adlardır ki, bu psixostimuluatorlar qrupuna aid olan metanfetamin maddəsidir. Küçə adı "patı" və "şüşə" kimi qeyd edirlər. Amma bir mütəxəssis olaraq bu sözlərin kütləvi informasiya vasitələrində, qəzetlərdə, jurnallarda, müsahibələrdə tez-tez istifadəsinin və səsləndirilməsinin qəti əleyhinəyik. Narkotik tacirlərininnəyə görəbu maddəyə üstünlük verməsini yalnız bir səbəblə izah etmək olar. Bu maddələr tez bir zamanda psixoloji və ciddi psixoatrik problemlər ortaya çıxarır və şəxsdə bir neçə istifadədən sonraasılılıq meyadana gətirir. Bu da bildiyiniz kimi maddə satan şəxslərin işinin asanlaşdırılmasın da, istfadə edən şəxslərin yenidən onlara müraciər etməsinə yol açır.

- Cinayət Prosessual Məcələlləsində narkotikanın daşınması, satışı, yayılmasına görə cəzalar nəzərdə tutan maddələr var. Bir halda ki, cəmiyyətimiz ağlasığmaz dərəcədə fəlakət törədən bir bəla ilə üz-üzədir, bu cəzaların ağırlaşdırılması barədə düşünmək vaxtı deyilmi?

- Cinayət Prosessual Məcəlləsindədə narkotikin daşınması, satışı, yayılması cinayət xarakteri daşıdığı üçün müəyyən hüquqi prosedur həyata keçirilir. Bu problemin sırf hüquqi baxımdan həlli düzgün seçim olmaya bilər. Burada əsasən ailə dəyərləri, təlim-tərbiyyə sistemi, maraq dairəsi, daxili və xarici resursların inkişafı, maarifləndirmə işinin daha ciddi şəkildə həyata keçirilməsiamilləri üstün tutulmalıdır.Kompleks şəkildə işi gördüyümüz şəkildə, cinayət baxımından qadağaların qoyulması, cəzaların tətbiqinə ehtiyac olmayacaq. Bu işin kökünə varmalıyıq ki, sonradan baş verən problemlərlə üzləşməyək. Buna ən real misal. Vyetnam müharibəsində amerikalı əsgərlərə müəyyən psixoaktiv maddələr verirdilər ki, qorxu amilini aradan qaldırsın, enerji versin, yuxu problemini həll etsin və bu dahaqlı olaraq Amerika psixoaktriya asossiyasını narahat etdi. Müharibədə iştirak edən bütün əsgərləri nəzarətə götürdülər, müharibə bitdi, əsgərlər evlərinə qayıtdı. Tədqiqatlar onu göstərir ki, müharibə dövründə maddə istifadəçisi olan şəxslərin əksəriyyəti maddə arxasınca getmədilər. Burdan belə bir qərara gəlmək olar ki, şəxslərin daxili və xarici resursları, onların həyat tərzi, maraq dairəsi, onların ailə dəstəyi və yaxud sosial-iqtisadi problemlərin həlli şəxsin həzzi yenidən maddədə axtarmağına yox, normal həyatına qayıtmasına vəsilə olunub. Bizim üçünvacib olan uşaqlıqdan hazırki dövrə kimi baş verən işlərin kompleks şəkildə həyata keçməsidir. Məqsədimizvə şüarımız bir olmalıdır ki, şəxsin asılı şəxsə çevrilməsinə səbəb olan meyarları, faktları ortaya çıxardaq. Hüquqi baxımından işin dəyərləndirilməsi, bu işin tam fərqli bir tərəfidir. Amma vacib olan şəxsi maddə asılılığına aparan əsas faktları ortayaçıxartmaqdır. Bu da ümumi dəyərləndirmə tələb edən bir problemdir. Ailə faktoru, təhsil, sosiallaşmada problemlər, şəxsiyyət kimi inkişafında boşluqlar, maraq dairəsi və dəyərlər sistemi kimi hallar bizim maddə asılısı olmağımıza təkan verə biləcək hallardır.

- Cəmiyyətimiz çox ciddi və fəlakətli bir bəla ilə üz-üzədir.Ailə, məktəb və cəmiyyət olaraq nə etməliyik? Necə fəaliyyət göstərməliyik ki, bu uçurum daha da dərinləşməsin?

- Bu ciddi problemin həllində ailə, cəmiyyət, məktəb kompleks şəkildə addım atmalıdır. İlk növbədə valideynlərin maarifləndirilməsi, maddə asılılığının simptomları, növləri, ata-anaların övladları ilə düzgün davranış qaydalarının seçilməsi, düzgün münasibətin qurulması, qiymətləndirmə, mükafatlandırma və cəzalandırma sisteminin tam insani keyfiyyətlərə, insani yanaşmalara uyğun şəkildə həyata keçirilməsi tədbirləri həyata keçirilməlidir. Məktəblərdə valideynlər, müəllimlər və şagirdlərin maarifləndirilməsində düzgün mütəxəssislərin protokala uyğun olaraq təlimləri təşkil olunmalıdır. Məktəblərimizdə fəaliyyət göstərən psixoloqların yaş kateqoriyasına uyğun olaraq onlarla görüşləri təşkil olunmalıdır. İstənilən bir davranış dəyişikliyi, hər hansı problemin yerindəcə dəyərləndirilməsi, onun nəzarətdə saxlanılması, valideynlərlə mütəmadi olaraq görüşlərin təşkilli şagirdin tələblərinin diqqət mərkəzində olmasına gətirib çıxaracaq. Beləliklə avtoritar nəzarət yox, demokratik nəzarət, dəyərləndirmə, anlama, empatiya, fonunda onun komfort zonasını təşkil etmiş olacağıq. Şəxs komfort zonasını və çıxış yolunu maddədə tapmayacaq. Maddə asılılığı real psixoloji və fizioloji ağrıdan qaçışdır. Şəxs istənilən bir ağrıda maddəyə yönəlir vəekstremal olaraqhəzzi ordan aldığına görə,qısamüddətli bir rahatlıq tapır. Düşünür ki, bu daim belə davam edəcək. Mənfi yanaşmalar şəxsi yenidən maddə asılılığına aparır və sonra problem həllini tapmır. Şəxsin komfort zonasını maddədə tapmaması üçün biz ətraf olaraq ona bir komfort zona yaratmalıyıq. Bizimlə ünsiyyətə girməyi, bölüşməyi bacarmalıdırlar. Bunun da həyata keçirilməsi üçün ailə və məktəb qarşılıqlı şəkildə addımlar atmalıdır.

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31