"Oğul lazımdır ki, deşifrə edib çalıb- oxusun"- GÜLHÜSEYN KAZIMOV

Olaylar.az xəbər verir ki, Gülhüseyn Kazımov Ərtoğrul Cavidin Hüseyn Cavidin ev-muzeyinin çap etdiyi əlyazmalarda, Hacı Hüsünün təsnifini aşkara çıxarıb.

Bu barədə Gülhüseyn Kazımov öz "facebook" hesabında təsnifin fotosunu paylaşaraq, qeyd edib ki: "Bu təsnif Hacı Hüsünündür.Mən tapmamışam, aşkar etmişəm, harda? Ərtoğrul Cavidin Hüseyn Cavidin ev-muzeyinin çap etdiyi əlyazmalarda. Oğul lazımdır ki, deşifrə edib çalıb- oxusun.Sözləri Natəvanındır. Hacı Hüsü not bilmirdi, yəqin nota bəstəkar Ərtoğrul Cavid salıb".

Həmin əlyazmanı təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31