"Musiqi sahəsində 20 ilimi tamam edirəm. Azərbaycan musiqisinə aşiqəm"- TÜNZALƏ AĞAYEVA
18 Sentyabr 2021 10:11 SosialOlaylar.az xəbər verir ki, xalq artisti Tünzalə Ağayeva musiqi sahəsində artıq 20 ili geridə qoyub. Bu barədə o facebook səhifəsində paylaşım edərək, hisslərini izləyiciləri ilə bölüşüb.
Həmin paylaşımı təqdim edirik: "Musiqi səhnəsində 20 ilimi geridə qoyuram artıq. Sanki dünən idi "Sevdi can səni" , "Gözlərim" və daha neçə nəğmələrim. Olduqca faydalı, sənət dolu, şərəf , sevinc , uğur dolu , ən əsası tamaşaçımın bir an belə azalmayan sevgisi ilə dolu 20 il. Azərbaycan musiqisinin, ədəbiyyatının aşiqiyəm - məni bu sənətə gətirən 2 böyük qüvvə və səbəb . Özümə bundan sonra da ən azı bu eşqin davamını, güc , sənət ideyaları arzulayıram və müasirlik , ənənə axtarışında olan gənclərin sənətimlə , verdiyim töhvələrlə dünyagörüşünü , zövqünü daha da zəngin və faydalı etməyi arzulayıram "