“Bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var” İLHAM ƏLİYEV

Azərbaycan torpaqlarının iyirmi faizinin 30 il ərzində işğal altında qalması heç bir beynəlxalq təşkilatı, heç bir güc sahibi olan dövləti narahat etmədi.

Azərbaycan torpaqlarının iyirmi faizinin 30 il ərzində işğal altında qalması heç bir beynəlxalq təşkilatı, heç bir güc sahibi olan dövləti narahat etmədi. Ötən müddət ərzində dünyanın super gecləri nəinki işğalçını öz adı ilə çağırmadılar, əksinə, ikili siyasət yürüdərək ölkəmizi ittiham etməkdən belə çəknmədilər. Münaqişə bölgəsinə sərgilənən belə qeyri-adekvat siyasət işğalçı Ermənistanı daha da şirnikləşdirərək yeni ərazilər zəbt etmək həvəsini artırdı. Nəticədə Azərbaycan beynəlxalq hüquqa söykənərək öz ərazi bütövlüyünü təmin etmək hüququndan yararlandı və işğal altında olan torpaqlarını azad etdi. Belə ki, Azərbaycan 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin hərbi-siyasi vasitələrlə nail oldu, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Vasitəçilk mandatına sahib olan ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həllində heç bir rol oynamadı. Minsk qrupunun həmsədri olan ölkələrin ali rəhbər şəxsləri elə bir ağızdan söylədilər ki, status-kvo qəbuledilməzdir, status-kvo dayanıqlı deyil. Azərbaycan isə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməklə göstərdi ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər.

Etiraf edilməlidir ki, Azərbaycan münaqişənin sülh yolu ilə həlli istiqamətində bütün mümkün variantlardan istifadə etdi. Hətta  məsələni ardıcıl şəkildə, ən yüksək səviyyədə, bütün mühüm platformalarda qaldırsa, çox təəssüf ki,  ərazilərimizin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə icra olunmamış qaldı. Nəzərə almaq lazımdır ki, sözügedən qətnamələri qəbul edən BMT TŞ-nın daimi üzvü olan beş ölkədən üçü  ATƏT-in Minsk qrupuna həmsədrlik edir. Amma onlarda bu qətnamələrin icrası üçün lazımi mandat olsa da, Minsk qrupu 28 il ərzində bu imkanlardan yararlanmaq istəyindən vaz keçdi. Məsələyə bu məntiqdən yanaşsaq, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın yox, həm də onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Məlum məsələdir ki, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, MQ həmsədrləri Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə məcbur etsəydi, müharibə baş verməzdi. Buna baxmayaraq artıq münaqişə həll olunub, Azərbaycan hərbi-siyasi yolla işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü təmin edib. Başqa sözlə,  Azərbaycan özü münaqişənin həllinə nail olub, Ermənistanı döyüş meydanında məğlub edib və kapitulyasiyaya hesab olunan Bəyanatı imzalamağa məcbur edib.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan özü Qətnamələri icra edərək ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdi, BMT TŞ-nın qətnamələrini yerinə yetirdi. Həttə münaqişəyə ikili standartlarla yanaşanlara belə kifayət qədər şans verdi. Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən bildirib ki, UNESKO-nun missiyası - işğal dövründə Azərbaycan həmin ərazilərdə tarixi abidələrimizə dəymiş ziyanla tanış olmaq üçün UNESCO-nu bölgəyə dəvət etsə də, UNESKO bundan imtina edib. Müharibə bitəndən sonra isə,  bölgəyə gəlmək istədiyini bildirib: Bildiyiniz kimi, UNESCO ilə də təmasdayıq. Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki, ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır. Lakin, müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki, demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir". Birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycanın buna razı olması ölkəmizə qarşı ikili siyasətin bizim üçün heç bir əhəmiyyət daşımadığı, gec-tez ədalətin bərpa olunacağının göstəricisi kimi qəbul olunmalıdır.  

Artıq söhbət Ermənistan tərəfindən dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasından gedir ki, BMT bu məsələyə də biganə qalmamlıdır. Yənu, Azərbaycanın yer üzərindən silinmiş rayon, kənd və şəhərlərinin bərpası işində BMT-dən gözləntiləri var. Prezident İlham Əliyev bildirib ki, "bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var". Dövlətimizin başçısı deyib: "İndi müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində BMT ilə əməkdaşlığa ümid edir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31