Hay saxtakarlığı Quzey Qafqazı bürüməkdə....
18-19 oktyabr 2019-cu ildə Don çayı üzərindəki Rostov şəhərində hay kilsəsinin "xeyir-duası" ilə hayların Don çayı hövzəsinə köçürülməsinin 240 illiyinə həsr edilmiş "Tarix və müasirlik" mövzusunda beynəlxalq konfrans keçirilib.
24 İyun 2021 10:34 Sosial18-19 oktyabr 2019-cu ildə Don çayı üzərindəki Rostov şəhərində hay kilsəsinin "xeyir-duası" ilə hayların Don çayı hövzəsinə köçürülməsinin 240 illiyinə həsr edilmiş "Tarix və müasirlik" mövzusunda beynəlxalq konfrans keçirilib. Vilayət hökumətinin, elm və elmi-tədqiqat mərkəzlərinin əməkdaşlarının təşkil etdiyi bu yığıncaqda Özbəkistan, Belarus və Başqurdstan respublikalarının, eləcə də Moskva, Krasnodar, Samara,Simferopol, Samara, Saratov, Armavir, Pyatiqorsk şəhərlərinin və Ermənistan nümayəndələri də iştirak etmişdir.
Qara, Azov və Xəzər dənizləri hövzələrini əhatə edən müsəlman-türk mənşəli xalqlarının özgürülük müqavimətinin qırılmasında, onlara qarşı amansız tarixi-milli qətliamların-soyqırım siyasətinin yürüdülməsində, bu xalqların parçalanaraq dövlətçilik məfkurəsindən mərhum edilməsində, maddi-mədəniyyət, milli-irs abidələrinin dağıdılmasında, əhalisinin dini-irqi yabançı toplumlarla assimlyasiya olunmasında... çar Rusiyasına bütün mənalarda xidmət göstərən hay kilsəsi XVI-XVII əsrlərdən sonra Şimali Qafqaza daha çox Cənubi Azərbaycandan və Balkan yarımadasından köçürülən hay sürüsündən istifadə etmişdir. Təbii ki, müəyyən vaxtdan sonra onların sayı artmış, məskunlaşma əraziləri genişlənmiş, artıq XIX-XX əsrlərdə hay sürüsünün Don çayı-Volqaboyunda, Kuban-Terek çayı, Xəzərsahili ərazilərdə (xüsusilə əski müsəlman-türk yurdlarında) məskunlaşması adi hala çevrilmişdir. İndi isə əsl hay həyasızlığına uyğun olaraq iddia edirlər ki, Şimali Qafqaz daxil, bütün Qafqaz bölgəsində tarixi, coğrafi, ictimai, mədəni, elmi, milli...təkamül mərhələləri ilk növbədə hay kilsəsinin və ibtidai insan-hay sürüsünün adı ilə bağlıdır, yəni Qafqazın kökənli xalqı yalnız haylardır.
Yuxarıda xatırlanan toplantının da (bu cür yığnaqlar davamlı olaraq ayrı-ayrı ünvanlarda da həyata keçirilir) məqsədi, məramı, mahiyyəti məhz hay xislətini, bu xəstə təxəyyülü dünyaya həqiqi tarixi-elmi dəyər kimi çatdırmaqdır, bu barəd ismarış verməkdir.
Çox təəssüf ki, dinsiz, məkrli, şeytani hay kilsəsinin bu sayaq iftiralarına və taixi saxtalaşdırma əməllərinə Şimali Qafqazın, eləcə də Rusiya Federasiyasının, Orta Asiyanın bir çox elmi-tədqiqat, elmi-təhsil ocaqlarının əməkdaşları, mədəniyyət və incəsənət xadimləri də qoşulur, onların uydurmalarına inanaraq səhv elmi-nəzəri nəticələri ictimailəşdirərək müsəlman-türk dünyası məfkurəsinə ciddi ziyan vururlar.
Hay kilsəsinin və sürüsünün Şimali Qafqaza diqqət yetirməsinin əsas məqsədi odur ki, milli-etnik baxımdan çox mürəkkəb olan bu bölgədə (təkcə Dağıstanda 40-dan çox xalqın nümayəndəsi yaşayır) separatizm-təxribat qruplarının və pozuculuq cərəyanlarının yaradılması, istiqamətləndirilməsi, gücləndirilməsi və milli-etnik zəmində barışmaz qarşıdurmaların formalaşması üçün münbit etnozəmin mövcuddur ki, hay kilsəsi onları öz çirkin məqsədlərinə yönləndirə bilsin və onlardan istifadə etsin. Bu yolda hay kilsəsi Qafqaz tarixinə dair saxta uydurmalarına, guya hay tayfasinin qədimliyinə və Qafqaz bölgəsində roluna dair xəstə mülahizələrini yaymaqla regional ictimai-siyasi zəmini özü üçün yararlı hala salır.
Təəssüf ki, bəzi hallarda buna nail ola bilirlər.Qafqaz bölgəsi təbii-coğrafi və ictimai-tarixi xüsusiyyətlərinə görə Ön Qafqaz (ümumi sahəsi 248 377 min kv. km, əhalisinin sayı 15,5 milyon nəfər olmaqla 3 subregionu əhatə edir: şimal-qərb hissə-Stavropol və Krasnodar diyarı, Adıgey və Qaraçay-Çərkəz respublikaları; mərkəz hissə-Kabardin-Balkar, Şimali Osetiya (Alaniya) və İnquş respublikalrı; cənub-şərq hissə-Çeçenistan (İçkeriya) və Dağıstan respublikalrı) və Arxa Qafqaz (ümumi sahəsi 223, min kv.km, əhalisinin sayı 16,8 milyon nəfər olmaqla Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları) bölgələrinə ayrılır.
Bölgələr üzrə hay kilsəsinin növbəti təxribatı Dağıstan Dövlət Universitetinin Tarix kafedrasının professoru, tarix elmləri doktoru Məhəmməd Rəcəb oğlu Həsənovun (1939) "Qafqazın elmi fikri" jurnalının 2016-cı il tarixli, 2 №-li buraxılışı, 66-70-ci səhifələrində yer alan "Qafqazın dövlət və cəmiyyət münasibətlərinin qarşılıqlı əlaqəsinə dair (e.ə. I minilliyin sonu və I minilliyin əvvəli)" yazısını (əslən tabasaranlı olan bu alim həm də "Dağıstanın tarixi" (2011), "Dağıstan və Gürcüstanın tarixi əlaqələri" (1991), "V-XV əsrlərdə Dağıstan və Qafqaz xalqları" (2008), "1722-1723-cü illərdə I Pyotrun Xəzər yürüşü" (2015)... kitablarının müəllifidir) nümunə gətirmək olar. Məqalə, elmi-nəzəri tutumuna görə yox, tarixi faktların saxtalaşdırılmasına edilən cəhdə, dünya sivilizasiyasının müsəlman-türk mərhələsini özündə yaşadan Qafqaz bölgəsinin tarixi-coğrafi kerçəkliyinin düzgün qiymətləndirilməməsinə, fundamental və geniş analitik təfəkkür tərzinə uyğun elmi təhlillərin aparılmamasına... görə səciyyəvidir.
Müəllif yazısında hayların etnik qrup kimi tarixi-coğrafi miqrasiyasının e.ə. II-I minilliklərdə əvvəlcə İkiçayarasının şimal-qərbindən başlandığını, sonra Urmiya və Van göllərini əhatə etməsini, tədricən "Erməni" dağlıq yaylasında yayıldığını, daha sonra Cənubi Qafqaza köç etdiklərini bildirir.
Tamam.
Əgər bu cür tarixi faktlar müəllif tərəfindən irəli sürülürsə, ümumən qəbul edilirsə, onda haylar indiki Suriya və İraq dövlətlərinin ərazisinin kökənli canlıları hesab edilməlidir, çünki İkiçayarasının şimal-qərb hissəsi mövcud bu dövlətlərin sərhədləri hüdudunu əhatə edir. Amma tabasaranlı tədqiqatçı nədənsə hayları Cənubi Qafqazın, "Ermənistan"ın və Qafqaz Albaniyasının (Azərbaycan ərazisinin) yerli xalqı sayır, Qafqaz xalqlarının etnogenezisində onların təsirini qabardır. Axı, Van gölündən, Kiçik Qafqaz dağlarına, Kür-Araz ovlığına kimi təqribən 1000 km məsafə var. Təbii ki, bu məsafə aralığı boş səhra olmayıb, müxtəlif xalqların tarixi məskunlaşma arealı olub, bu təhlil "alim"in diqqətindən yayınıb.
Və yaxud, əski hayların yuva qurduqları yerdə, hazırda Livanın Antelias şəhərində Kilikiya "erməni" kilsəsi mövcuddur və daşnak hay keşişi Bedros Keşişyan (I Aram, 1947) "zəhər tuluğu" ilə havanı zəhərləməkdədir.
Özünü Qafqazşünas hesab edən M.Həsənov nədənsə hay sürüsünün İkiçayarasının yuxarı hövzələrinə haradan köç etməsi barədə bir kəlmə belə yazmır, əsas gücünü hay etnosunun tərənnümünə (e.ə. XIII-XII əsrlərdə hay tayfalarının dövlət quruculuğuna, bu tayfaların e.ə.IX əsrdə Urartu dövlətini yaratmalarına, bu dövlətin Cənubi və Şimali Qafqazda regional təsirinə, nəticədə bölgədə "erməni"lərin qədimliyinə, digər xalqların etnogenezisinə təsirinə, hay sürüsünün ictimai-siyasi mövqeyinin Şimali Qafqazadək əraziləri əhatə etməsinə, qədim Qafqaz sivilizasiyasındakı roluna...) yönəltmişdir. Sanki, mürtəce hay kilsəsinin uydurma-dinsiz məruzəsini təlqin (təqdim) edən M.Həsənov hələ də xəbərsizdir ki, e.ə. II minillikdə Balkan yarımadasından başlayaraq Volqa çayının mənsəbinədək (Şimali Qafqaz əraziləri də daxil olmaqla) olan bölgə hakim olan türkdilli Biçənək-Skif-Qıpçaq-Sak (Kimmer-İskit) tayfa birliklərinin qurduqları İttifaq altında idarə edilib, e.ə. I minillikdə isə onların böyük köçü İkiçayarasınadək (əski türklərin Şumer dövləti sərhəddinədək) uzanmışdır, İran dağlıq yaylası-Anadolu yaylasını əhatə edən dövlətlərin ictimai-siyasi, hərbi quruculuq proseslərində fəal iştirak etmişlər, Cənubi Qafqazı nəzərə almayaq, Şimali Qafqazın türkdilli xalqları (eləcə Dağıstanın özündə də) onların xələfləridir, bu adla da qürur duyurlar.
Və yaxud, məşhur Roma tarixçisi Strabon (e.ə.63-23) 17 cildlik "Coğrafiya" kitabında, yunan coğrafiyaşünası K.Ptolomey (100-170-ci illər) "Coğrafiyaya giriş" əsərində adlarını çəkdiyi 28 tayfadan 26-nın Cənubi Qafqazda kökənli türk mənşəli və türkdilli olduğunu göstərmişdir. Görəsən, "professor" M.Həsənov bilirmi ki, Külli-Qafqazda hayların özündən başqa bu dilə uyğun dildə və ya tələffüzdə danışan başqa canlı yoxdur, dil qrupu-dil ailəsi Qafqaz bölgəsi üçün etno-morfoloji baxımdan tamamilə yaddır, yabançıdır, bilmədən isə "erməni"lərin Qafqaz sivilizasiyasına təsirindən ağzı köpüklənə-köpüklənə danışır.
Hayların saxtakarlığına aludə olan bu yazar unudur ki, I minilliyin əvvəllərində xəritlərdə ərəb coğrafiyaşünasları Urmiya gölünü "Ərmiyə" kimi adlandırıb, erkən orta əsr xəritələrində də "Ərmiyə", "Ərminiyə", gölətrafı yaylaları da "Ərmiyə yaylası" kimi qeyd ediblər (Urmiya gölünə görə), gözdən tük çəkən haylar bu toponimləri də mənimsəmiş, "Ərmiyə" sözünü assuriyalıların-ərəblərin tələfüzünə uyğun "Ərməniyə" kimi saxta "erməni dağlıq yaylası" adı altında özlərinə aid etmişlər.
Bu sırada Əbu Zeyd ibn Səhl əl-Bəlxi (850-934), İshaq ibn Muhammad əl-İstəxri (863-957), Əbu Reyhan əl-Biruni (972-1048), Zəkəriyyə ibn Muhammad Qəzvini (1203-1283), ibn Bəttutə Muhammad ibn-Abdullah ibn-Muhammad ibn-İbrahim (1304-1368/69), Əhməd ibn Yəhya əl-Balazuri (807-892), əl-Müqəddəsi (945-1000), Həmdullah Mustafa əl-Qəzvini (1281-1349), ibn əl-Fakix əl-Həmədani... kimi orta əsrlər mütəfəkkirlərinin əsərlərində, tərtib etdikləri xəritələrdə Urmiya gölü hidrotoponimi "Ərmiyə", "Arminiyə" kimi qeyd edilmiş, təbii ki, gölətrafı ərazilər də bu cür adlanmışdır, orta əsrlərin ərəb mənbələrində.
Roma və Yunan, Bizans, Qərbi Avropa... mənbələrində hay kilsəsinin saxta təhriki ilə "Ərmiyə", "Ərminiyə", "Arminiyə" toponimlərini uydurma "erməni" antrotoponimi kimi xəritələrə köçürülməsi, "Böyük" və "Kiçik" ermənistan adı altında tanıdılması tarixi-coğrafi təhriflərdən biri olmuşdur. Hansı ki, "ermənistan" toponimini heç "erməni"lər qəbul etmir, onlar "Hayastan" adlandırır. Çünki bu relyef forması Anadolu yaylasının şərq hissəsidir, geoloji struktur vahidi kimi müstəqil deyil, oroqrafik-relyef quruluşuna gorə Anadolu yaylasının şərq hissəsinin əyrisi olmaqla İran dağlıq yaylasına keçir. Eləcə də, bu antiklinal-qalxma strukturunun haylarla etno-morfoloji və antropoloji baxımdan heç bir üzvi bağlılığı, üstəlik, Cənubi Qafqazın meqa-makrostruktur relyef formaları ilə (Böyük və Kişik Qafqaz dağ silsilələri) də morfo-geoloji bütövlüyü yoxdur.
Dağıstanın və Rusiyanın bir sıra mükafatlarına ("əməkdar elm xadimi") imza atmış "professor" M.Həsənovun bu cür tarixi-coğrafi bilgilərdən xəbərsiz olması təəssüf doğurur.
Hay kilsəsi Rusiya Federasiyasının elmi mərkəzləri ilə digər bir layihəsində də bu istiqamətdə həyata keçirdiyi digər saxtakarlığa 2019-cu ildə imza atmışdır, layihə "V-XIV əsrlərdə Şimali Qafqaz xalqlarının tarixi erməni mənbələrində" adlanır.
Elə bu hay-rus birgə işbirliyinin adı çox mətləbdən xəbər verir. Layihə rəhbərlərindən biri "Ermənistan" EA-nın Arxeologiya və etnoqrafiya institutunun əməkdaşı, t.e.n. Ayk Akopyan, digəri isə (ruslar tərəfdən) Rusiya EA-nın Dağıstan Federal tədqiqat Mərkəzinin Şərqşünaslıq şöbəsinin müdiri, t.e.n. Ramazan Sultan oğlu Əbdülməcidov olmuşdur.
Məqsəd-Şimali Qafqaz xalqlarının tarixi keçmişinə, milli-etnik mənsubiyyətinə, tarixi-coğrafi mərhələlərdə ictiəzəri nəticələr əldə etmək olar.mai fəaliyyətinə və yaşayış tərzinə, etno-morfoloji, milli-mənəvi dəyərlərinə...dair "erməni" mənbələrindəki əlyazmaların üzə çıxarılması və sistemləşdirilməsi, elmi-nəzəri baxımından nəticələrini dövriyyəyə buraxmaqdır. Tədqiqat obyekti isə İrəvan şəhərində uydurma-saxta haylara aid "erməni" dilində olan qədim əlyazmaların saxlanıldığı Matenadaran fondudur.
Mürətecə hay kilsəsi məkrli və hiyləgər niyyətini bu mövzu ilə pərdələməklə, uydurma mülahizələr irəli sürmüşdür, guya Şimali Qafqaz xalqlarının tarixi-coğrafi keçmişi zəif öyrənilib, lazımı səviyyədə tədqiq edilməyib, bu barədə isə "erməni" mənbələrində kifayət qədər əlyazmalar, epiqrafik-nümuzimatik nümunələr, antik və qədim dövrə aid elmi və dini ədəbiyyat nüsxələri mövcuddur ki, bu sahədə mühüm elmi-nəzəri nəticələr əldə etmək olar.
"Hörmətli" Ramazan "müəllim" də Matenadaran fondunda olmuş, adı çəkilən mənbələrlə tanış olmuş və layihənin uğurla nəticələnəcəyinə ümidvarlığını bildirmişdir. Əlavə olaraq onu da qeyd etmişdir ki, qarşılıqlı işbirliyi nəticəsində "erməni"lərin Çərkəz xalqının tarixindəki roluna, "Artsax" xanlarının (?) avarlarla milli-tarixi köklərinin bağlılığına dair kitablar işıq üzü görəcəkdir.
Bu barədə növbəti yazımızda.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi