86 yaşlı kişi özünü su kanalına ataraq intihar etdi
Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
7 İyun 2021 10:24 SosialBiləsuvar rayonunda intihar hadisəsi baş verib.
Olaylar.az-ın məlumatına görə, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1935-ci il təvəllüdlü Şahsuvarov Şirzahid Ayaz oğlu özünü kənd ərazisindən keçən Cənubi-Muğan su kanalına ataraq intihar edib.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31