Şəkidə FACİƏ: 25 yaşlı gənci sel apardı

Şəkidə 25 yaşlı gənci sel aparıb.Hadisə dünən axşam saatlarında rayonun Kiş kəndində, Qurucana çayında qeydə alınıb. Çaya gələn güclü sel kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu aparıb. 25 yaşlı Şamil Əhmədovun meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurubmuş.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31