Koronavirusu İYRƏNC üsulla müalicə etdilər - Nəticəni öyrəndiklərində ... / FOTO

Hindistandakı həkimlər insanları Covid-19-dan "müalicə" metodu kimi istifadə edilən inək peyininə qarşı xəbərdarlıq ediblər.

Olaylar.az xəbər verir ki, effektivliyinə dair heç bir elmi dəlil olmayan bu saxta üsul barədə, digər heyvan xəstəliklərinin də yayıla biləcəyini söyləyən həkimlər, inək nəcisinin bədənə yaxılmasının çox təhlükəli nəticələrə səbəb ola biləcəyini bəyan ediblər.

Hindistanın qərbindəki Gujarat əyalətində bəzi insanlar həftədə bir dəfə bədənlərini inək peyinləri və sidiklə örtmək üçün sığınacaqlara girirlər. Onlar düşünürlər ki, bu sahədə koronavirusa qarşı imunitet artacaq və ya onlar ümumiyyətlə xəstəliyə yoluxmayacaqlar.

Hinduizmdə inək həyatın və torpağın müqəddəs bir simvolu olaraq görülür. Hindular ayrıca inək peyinlərindən şəfa və antiseptik xüsusiyyətlərə sahib olduqlarını düşündükləri üçün evlərini təmizləmək və namaz qılmaq üçün istifadə edirlər.

Bu üsul insanların qrup halında toplanmasını əhatə etdiyi üçün virusun yayılmasına daha da yol açır. Qeyd edək ki, bu günə qədər Hindistanda 246 mindən çox insan COVİD-19 un qurbanı olub. metbuat.az

Hindistan'da halk corona virüse karşı vücutlarına inek dışkısı sürmeye başladı: Doktorlardan "çok tehlikeli" uyarısı - 2

Hindistan'da halk corona virüse karşı vücutlarına inek dışkısı sürmeye başladı: Doktorlardan "çok tehlikeli" uyarısı - 3

Hindistan'da halk corona virüse karşı vücutlarına inek dışkısı sürmeye başladı: Doktorlardan "çok tehlikeli" uyarısı - 7Hindistan'da halk corona virüse karşı vücutlarına inek dışkısı sürmeye başladı: Doktorlardan "çok tehlikeli" uyarısı - 4

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31