Vətəndaşların onlayn qəbulu keçiriləcək
18 May 2021 11:51 SosialAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva 20 may 2021-ci il tarixində vətəndaşların onlayn qəbulunu keçirəcək. Komitədən "Olaylar"a bildirilib ki, onlayn qəbul Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunacaq. Qəbulda Şəki və Oğuz rayonlarından olan vətəndaşların ərizə, təklif və müraciətlərinə baxılacaq. Qəbulun saat 11:00-dan 13:00-dək keçirilməsi nəzərdə tutulur.
Əlavə suallar yarandıqda Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinə (0242054429) və ya Komitənin Kadr və kargüzarlıq şöbəsinə (012 498 00 92) müraciət edə bilərsiniz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31