Bakı-Qəbələ qatarı sənişinlərin istifadəsinə verilməyəcək - SƏBƏB
18 May 2021 11:41 SosialBakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib.
Olaylar.az xəbər verir ki, bunu "Azərbaycanda Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nətavan Bayramova deyib.
N. Bayramova qeyd edib ki, qatar istifadəyə tam hazırdır.
"Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıma dayandırılıb. Buna görə Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib".
Qurum rəsmiainin sözlərinə gör, Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə yaxın vaxtlarda məlumat veriləcək:
"Biletlərin qiymətləri hələ dəqiqləşdirilməyib. Pandemiya bitəndən sonra bu barədə həm Azərbaycan Dəmir Yollarının rəsmi saytında, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31