Karantinin ləğv ediləcəyi vaxt açıqlandı

İsrail may ayının axırında koronavirusla bağlı məhdudiyyətlərin hamısını ləğv etməyi planlaşdırır.
 
Azerforum.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Benyamin Netanyahu səhiyyə naziri Yuli Edelşteynlə keçirdiyi brifinqdə bəyan edib.
 
O bildirib ki, bütün məhdudlaşdırıcı tədbirləri ləğv edib, ölkəni normal vəziyyətə geri qaytarmağa ümidvardırlar.
 
"Bütün dünyada insanlar vaksin gözləyir, ancaq İsraildə peyvənd insanları gözləyir. Bunu dəyişdirməliyik", - ölkədə 16 yaşdan yuxarı bir milyondan çox insanın koronavirus vaksinasiyasından keçmədiyini deyən Netanyahu əlavə edib.
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31