Müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya müsahibələri keçirilir
7 May 2021 16:03 SosialMüəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edərək müvafiq komissiya tərəfindən uyğun hesab edilməyən şəxslər üçün apellyasiya müsahibələri təşkil olunur.
Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlərin apellyasiya müraciətlərinə baxılması məqsədilə təkrar onlayn müsahibələr keçirilir.
Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən onlayn müsahibələrdə uğur qazanmayan namizədlərin apellyasiya prosesi 7-8 may tarixlərini əhatə edəcək. Onlayn müsahibələrdə apellyasiya komissiyası tərəfindən namizədlərin müvafiq bilik və bacarıqları yoxlanılacaq.
Qeyd edək ki, müraciətlər əsasında 195 namizəd apellyasiya müsahibəsinə dəvət olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31