Azərbaycanda bir ailənin üç üzvü koronavirusdan öldü
7 May 2021 16:25 SosialBiləsuvar rayonunda bir ailənin üç üzvü koronavirusdan vəfat edib.
Olaylar.az report-a istinadən xəbər verir ki, Bəydili kəndində yaşayan Fərəcovlar ailəsinin 5 üzvündən götürülmüş koronavirus testinin nəticələri pozitiv çıxıb.
Müalicə alan ailənin üzvlərindən - Fərəcov İxtiyar Paşa oğlu (1939-cu il), Fərəcov Teymur İxtiyar oğlu (1966-cı il) və Fərəcov Badam Mehdi qızı (1939-cu il) vəfat edib.
Qeyd edək ki, ölənlərdən ikisi ər və arvad, digəri isə onların oğludur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31