Ağcaqanadlar insanları koronavirusa yoluxdura bilər? – ÜST-dən açıqlama
7 May 2021 13:39 SosialHavaların isinməsi ilə birlikdə hər kəsin ağlına "ağcaqanadlar insanları koronavirusa yoluxdura bilər mi?" sualı gəlməyə başlayıb.
Olaylar.az xəbər verir ki, dünyada yoluxmanın artdığı bir zamanda xeyli müzakirələrə səbəb olan mövzu ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı açıqlama verib:
"Koronavirus qan və dəridən təmas yolu ilə bulaşmadığı üçün ağcaqanadlar, digər həşaratlar vasitəsi ilə insanlar yoluxmur. İndiyə kimi belə bir fakt qeydə alınmayıb".
Xüsusilə Afrika və Latın Amerika ölkələrində ağcaqanadların kəskin şəkildə olması bu iddiaların yayılmasına səbəb olmuşdu. Lakin üst həmin ölkələrdə koronavirusun digər dövlətlərlə müqayisədə nisbətən yavaş irəlilədiyini və ağcaqanad vasitəsi ilə heç bir yoluxmanın olmadığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31