Nəsimi rayonunda parklarda təmir işləri davam etdirilir
7 May 2021 13:08 SosialNəsimi rayonunda küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir. "Olaylar" xəbər verir ki, həyata keçirilən işlər çərçivəsində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün parklarda və yaşıllıq zolaqlarında cari təmir və abadlıq işlərinə başlanılıb. RİH Başçısı təmir işləri aparılan parklarda və yaşıllıq zolaqlarında olaraq sakinlərin qaldırdıqları məsələlərin operativ həlli üçün adiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31