​DSX-dən əsgərlərin kürəyinə yazılan "Şəmkir" sözü ilə bağlı AÇIQLAMA

Dövlət Sərhəd Xidməti (DSX) sosial şəbəkələrdə yayılan videogörüntülərə aydınlıq gətirib.

DSX-nın mətbuat xidmətindən  bildirilib ki, yayılan görüntülər ötən il işğaldan azad olunmuş ərazilərdən birində çəkilib.Hazırda DSX rəisinin göstərişi ilə araşdırmalara başlanılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda hərbi hissələrdən birində iki hərbçinin digər əsgərlərin kürəyinə "Şəmkir" yazaraq salam göndərdikləri əksini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31