Xəstəxanalarda boşalan çarpayıların sayı artmaqdadır - Nazir müavini
6 May 2021 12:42 SosialAzərbaycanda vaksinasiya kampaniyası yanvarın 18-dən başlayaraq uğurla aparılır.
Olaylar.az bildirir ki, bunu Səhiyyə nazirinin birinci müavini Teymur Musayev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O qeyd edib ki, səhiyyə işçiləri arasında məqsəd qruplarının 90 faizi vaksin olunub, təhsil işçiləri buna yaxnlaşır. T.Musayev bildirib ki, xəstəxanalarda boşalan çarpayıların sayı artmaqdadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31