Bu gün savadlı, müasir dünyagörüşlü gənc kadrların formalaşdırılması kadr siyasətinin tərkib hissəsi kimi qəbul olunmaqdadır
6 May 2021 12:51 SosialAzərbaycanda bütün sahələrdə demək olar ki, uğurlu islahatlar həyata keçirilir. İstər iqtosadi, istər sosial, istərsə də siyasi sahədə keçirilən islahatlar bir qayda olaraq öz müsbət nəticələrini də verir. Siyasi sahədə həyata keçirilən islahatlar sırasında kadr islahatları da mühüm element kimi diqqət çəkir. Artıq bir neçə ildir ki, Azərbaycanda kadr islahatlarında yeni bir mərhələ başlayıb deyə bilərik. Bu mərhələdə əsas etibarilə daha gənc və bacarıqlı kadrların önə çəkilməsi, onlara etimad göstəriməsi.diqqət çəkir. Ötən illər ərzində dövlət başçısının istər mərkəzi, istərsə də yerli icra hakimiyyətlərinə gənc və bacarıqlı kadrları təyin etməsi fonunda bunu aydın görmək mümkündür. Onu da qeyd etmək lazımdır ki, dövlət başçısı gənc kadrlara etimad göstərəndə belə onlara tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlməyi, vətəndaşla, cəmiyyətlə yaxından işləməyi tövsiyə edir. Bu tendensiya ümumilikdə idarəetmədə müsbət nəticələrə gətirib çıxarır. Elə hüquqşünas Əli İbrahimov da bu qənaətdədir. O deyib ki, bu gün Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb:. Əli İbrahimovun sözlərinə görə, dövlət idarəçiliyində peşəkar kadrların önə çəkilməsi artıq ənənə halını alıb: "Respublikamızın prezidenti cənab İlham Əliyevin perspektivli kadrların irəli çəkilməsinə xüsusi diqqət ayırması demək olar ki, bütün sahələrdə yüksək səviyyəli kadr bazasınınyaranmasına töhfə verməkdədir. Bir sıra məmurlar tərəfindən dövlət orqanlarının fəaliyyətində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyət səviyyəsinin aşağı olması, dövlət xidmətlərinin göstərilməsi zamanı standartların pozulması halları cəmiyyətdə birmənalı qarşınamır. Dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfındən göstərilən xidmətlərdən vətəndaşların narazı qalması, vətəndaş məmnunluğunun təmin olunmaması dövlətin apardığı islahatlarla, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri ilə ziddiyyət təşkil edir. Bu baxımdan, dövlət başçısının yeni təfəkkürlü insanların, kreativ düşüncəyə malik, vətənpərvər kadrların irəli çəkilməsini qeyd etməsi günümüzün reallığıdır". Hüquqşünas deyib ki, bu gün savadlı, müasir dünyagörüşlü, vətənpərvər gənc kadrların formalaşdırılması, mühüm dövlət postlarına rəhbər vəzifəyə gətirilməsi kadr siyasətinin tərkib hissəsi kimi qəbul olunmaqdadır: "Bu işin öz peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinə görə dövlət qulluğu vəzifələrini tutmağa layiq olan kadrların müəyyən edilməsi və seçilmiş namizədlərin müntəzəm olaraq hərtərəfli inkişaf etdirilməsi üzərində qurulmasına önəm verilir. Dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi, mühüm vəzifələrin onlara həvalə olunması, etibar edilməsi üçün layiqli və ədalətli seçimin aparılması üçün prosedur mövcuddur. Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, dövlət idarəçiliyində gənc kadrların müəyyənləşməsi, yüksəlməsinin təbii proses olaraq aparılması üçün də Prezident öz tövsiyələrini vermişdir. Dövlət başçısı bu prosesin xüsusi kampaniya kimi deyil, gənclərin təcrübəli insanların bilik və bacarıqları gənc inkişaf etdirilməsi kimi başa düşülməsini tövsiyə etmişdir". Hüquqşünasın sözlərinə görə, Cənab Prezidentimizin sağlam münasibətlərin qurulması istiqamətində verdiyi tövsiyələrdə bu prosesə aydın izah verilir: "Cənab Prezidentin: "Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Ona görə də kadr islahatları labüddür və qaçılmazdır. Yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər", - sözləri dövlət idarəçilik sahəsində işləyən bütün rəhbərlərə aid olmalıdır. Bu məsələyə konseptual formada yanaşmaq tələb olunur, dövlətin kadr siyasəti elmi əsaslar üzərində qurulmalı, yeni kadr siyasətinin elmi platforması işlənilməlidir. Kadrların aşağı səviyyədə olması dövlət hakimiyyət orqanlarının işində problemlər yarada bilər. Peşəkarlığı aşağı səviyyədə olan və təsadüfi kadrların sayını mininuma endirmək üçün ölkə başçısı dövlət qulluqçuları qarşısında yüksək tələblər irəli sürür".
Süleyman
Olaylar.az