Qənirə Paşayeva "Asiya Fakt" informasiya agentliyinin baş redaktoru ilə görüşüb
5 May 2021 13:43 SosialMilli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Asiya Fakt" informasiya agentliyinin (AFİA) baş redaktoru Vüsalə Qələndərli ilə görüşüb. "Olaylar" xəbər verir ki, komitə sədri maraqlı layihələrlə, o cümlədən uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbityəsi, maariflənməsi, ictimai fikrin düzgün qidalandırılması sahəsindəki davamlı çalışmalarını vurğulayaraq, ona və AFİA komandasına uğurlar arzulayıb.
Vüsalə Qələndərli Qənirə Paşayevanın AFİA-nın Fəxri Diplomuna layiq görüldüyünü bildirərək, onu təbrik edib, ürək sözlərini bölüşüb. Q.Paşayeva ödül üçün təşəkkür edib. Görüşdə Regional Hüquqi və iqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu bağırova iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31