Qəbələdə 89 yaşlı qadın partlayış nəticəsində Yanaraq ölüb
5 May 2021 13:30 SosialQəbələ rayonunda ölümlə nəticələnən partlayış hadisəsi baş verib.
Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb. Kənd sakini, 1932-ci il təvəllüdlü Mahmudova Sabirə Səid qızı yaşadığı fərdi evdə kustar üsulla quraşdırılan qaz sobasını yandırarkən ehtiyatsılıq edib və qaz sızması səbəbindən baş verən partlayış zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Sabirə Mahmudova təcili olaraq Qəbələ Regional Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 89 yaşlı qadını xilas etmək mümkün olmayıb. S. Mahmudova aldığı ağır yanıq xəsarətləri səbəbindən xəstəxanada vəfat edib.
Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31