Anar Bağırov: “Qanunsuz olaraq özlərini vəkil adlandıran şəxslərlə mübarizə davam edəcək”

Vəkillər Kollegiyasının sədri Anar Bağırov İsmayıllı rayonunda özünü vəkil kimi təqdim edərək vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxsin həbsinə münasibət bildirib. "Olaylar"ın məlumatına görə, VK sədri qeyd edib ki, bu cür şəxslər özlərini  vəkil kimi təqdim edərək vətəndaşları aldadırlar, vəkilliyi nüfuzdan salırlar: "Vətəndaşlar isə ayıq olmalıdırlar, vəkillərin reyestri açıqdır, dərc olunub, bütün vəkillər barədə məlumat mövcuddur. Qanunsuz olaraq özlərini vəkil adlandıran şəxslərlə mübarizə davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31