Təcridxanaya mobil telefon keçirilməsinin qarşısı alınıb
5 May 2021 10:45 SosialPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətdən "Olaylar"a bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Baxşəliyev Zaur Mərdəli oğluna tanışı Sumqayıt şəhər sakini Qafarov Məhəmməd Vaqif oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan dəmir qazandakı bişmiş dolma yeməyinin içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş, işlək vəziyyətdə olan 1 ədəd Nokia markalı mobil telefon aparatı və bir ədəd danışıq kartı aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31