Gənclər üçün «Karyera və iş yarmarkası» keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Gabala Hospitality Groupun birgə əməkdaşlığı çərçivəsində "Karyera və iş yarmarkası" keçirilib.

"OLAYLAR" xəbər verir ki, yarmarkaya rayonda fəaliyyət göstərən 9 turzim müəssisəsindən 225 boş iş yeri çıxarılıb.

Yarmarkada işsiz və işaxtaran 132 nəfər müxtəlif peşə və ixtisas sahibinin CV-ləri qəbul edilib, digər iştirakçılara əmək bazarında lazım olan bacarıqlar üzrə təlimatlar verilib və öz karyera hədəflərini təyin etmələrinə köməklik göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31