Qəzaya düşən maşın Müğənni Aslanın adına olsa da, özü orada olmayıb - RƏSMİ - YENİLƏNİB
4 May 2021 14:23 Sosial14:23
Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Priyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, müğənni Aslan Hüseynovun qəzaya düşərək vəfat etməsi xəbəri yalandır: "Avtomobil Aslan Hüseynovun adına olub, özü maşında olmayıb. Qəzada sürücü vəfat edib".
--------
14:09
Müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişdi.
Olaylar.az bildirir ki, Baku TV-nin əldə etdiyi məlumata görə, müğənni Qaradağda avtomobil qəzası zamanı ağır yaralanıb.
O, xəstəxanaya çatdırılsa da orada keçinib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31