Deputat yeni Vergi Məcəlləsinin qəbulu təklif edib
4 May 2021 13:43 SosialAzərbaycanda yeni Vergi Məcəlləsinin qəbulu təklif edilir. "Olaylar"ın xəbərinə görə, bu təklifə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli çıxış edib. Deputat bildirib ki, yeni qanun layihəsi hamının başa düşəcəyi dildə yazılmalıdır. Deputat həmçinin qeyd edib ki, bank faizlərinin dərəcələri yüksəkdir: "Hesab edirəm ki, bununla bağlı bank rəhbərləri ilə birlikdə dinləmə keçirilməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31