Məlahət İbrahimqızı: “Din xadimlərinin seçilməsinə xüsusi diqqət yetirilməlidir”

"Azərbaycanda din xadimlərinin seçilməsinə xüsusi diqqət yetirilməlidir. Bu proses ictimaiyyətin, tanınmış adamların iştirakıyla baş tutmalıdır". "Olaylar" xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı parlamentdə deyib. Deputat qeyd edib ki, bu günlərdə Lerikdə baş verən dəhşətli hadisənin şahidi olduq: "Elə din xadimləri seçilməlidir ki, bütövlükdə milli dəyərlərimizə, əxlaqımıza zidd olan hadisələr  baş verməsin. O cümlədən yas mərasimlərində də biz cahil qadın din xadimlərinə rast gəlirik. Hamı da məcburdur ki yas məclisinin sahibinə  hörmət etsin, sakit dursun. Ancaq dindən bixəbər məsələlərdən danışırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31