Deputat: “Sosial şəbəkələrdə söyüş yazanlar məsuliyyətə cəlb edilməlidir”
4 May 2021 11:39 Sosial"Sosial şəbəkələrdə təhqirə, söyüşə yol verənlərin birmənalı şəkildə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirik". "Olaylar" xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə çıxış edərkən bildirib. Deputat qeyd edib ki, onlar ağına-bozuna baxmadan hamını ağır şəkildə təhqir edirlər: "Yaydıqları videodan da bu faktlar aydın görünür. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. Çoxu da xaricdə fəaliyyət göstərir. Onların həbsi üçün siyasi danışıqlar aparmaq lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31