Deputat: "Son günlər uşaq intiharları çoxalıb"
4 May 2021 11:28 Sosial"Son günlər uşaq intiharları çoxalıb"."Olaylar" xəbər verir ki, bunu parlametin iclasında çıxış edən deputat Könül Nurullayeva bildirib. Deputat uşaq intiharlarının ailə daxilində yaranmış münaqişələr nəticəsində baş verdiyini deyib: "Bir məqam xüsusilə diqqət çəkir. Uşaq intiharları və azyaşlılara qarşı törədilən hallara hüquqi qiymət verilirmi? Təbii ki, uşaqlar azyaşlı olduğundan hüquq-mühafizə orqanlarına müraciət edə bilmir. Bu sahədə işlər gücləndirilsə, hər şey daha yaxşı olar. Hesab edirəm ki, bu məsələdə birgə addımlar atılmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31