Rusiya aviaşirkəti Norilskdən Bakıya uçuşlar həyata keçirəcək

Rusiyanın "NordStar" aviaşirkəti mayın 21-dən etibarən Norilsk-Ufa-Bakı marşrutu ilə uçuşlar həyata keçirməyə başlayacaq.

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Bakıya uçuşlar həftədə bir dəfə, cümə günləri baş tutacaq.

Təyyarə Bakıdan Norilskə saat 18:50-də çıxacaq, Ufadan Bakıya saat 17:10-da çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31