Bu gün Vətən müharibəsinin yeganə şəhid qadını Arəstə Baxışovanın doğum günüdür

Bu gün Vətən müharibəsinin yeganə qadın şəhidi, 2 övladını Vətənə yadigar qoyan Arəstə Baxışovanın doğum günüdür. 

Arəstə Baxışova 1989-cu ilin 4 may tarixində Xaçmazda anadan olub. Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb. Çernobıl hadisələrində xilasetmə əməliyyatlarında iştirak edərkən əlil olub və Arəstənin dörd yaşı olanda vəfat edib.

Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil bitirdikdən sonra  2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirib. 

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də-  Vətən müharibəsinin ilk günündən  düşmən tapdağında olan ərazilərimizin azad edilməsi  uğrunda gedən döyüşlərə könüllür qoşulur.  O, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.

Mərdan adında 11 yaşlı oğlu və Zəhra adında 10 yaşlı qızı  Vətənə yadigar qaldı. 

İlk qadın şəhidimiz Arətsə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 

Xatırladaq ki, Azərbaycan Vətən müharibəsinin tək xanım şəhidi Arəstə Baxışova haqqında mahnı yazılıb. Mahnının sözləri prezident təqaüdçüsü Qabil Ədalətə, musiqisi Elmir Mədətoğluna, aranjımanı Musa Bağırsoya aiddir.
 

Allah rəhmət eləsin!

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31