"Anam boğulur, ağırdır" - Mətanət İsgəndərlinin oğlu

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərli koronovirus infeksiyasına yoluxub.

Axşam.az xəbər verir ki, sənətçinin oğlu Kərim və özü xəstəxanaya yerləşdirilib. Kərim Baku.TV-yə açıqlamasında bildirib ki, öz səhhəti yaxşılaşıb:

"Anam ağırdır. Onu görmürəm, həkimlər yanına qoymurlar. Anam boğulurdu, onun bronxlarında problem var. Beş gün müalicə götürdü, evdə qaldıq. Amma düzəlmədi, ağırlaşdığı üçün xəstəxanaya gətirildi".

Qeyd edək ki, M.İsgəndərli apardığı toy məclislərindən birində Covid-19-a yoluxub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31