Sumqayıtda şəhid Elvin Novruzovun adına xatirə bulağının açılış mərasimi keçirilib - Foto

Sumqayıtda şəhidin adına xatirə bulağı açılıb.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, şəhərin 18-ci mikrorayonunda 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan  Elvin Novruzovun adına doğum günü münasibəti ilə inşa edilən xatirə bulağının açılış mərasimi keçirilib.

Açılış mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Mərasimdə E. Novruzovun döyüş meydanında göstərdiyi şücaətdən və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışılıb.

Qeyd edək ki, Elvin Novruzov 2001-ci il  mayın 3-də Sumqayıt şəhərində anadan olub. Elvin Novruzov 2019-cu il iyunun 22-si hərbi xidmətə çağırılıb. Xidmətinə Ağcabədidə başlayıb, manqa komandiri olub.

2020-cil sentyabrın 27-dən işğal altında olan torpaqlarımızın azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayıl, Füzuli və Qubadlı rayonları uğrunda gedən savaşda qəhrəmanlıq göstərib. Oktyabrın 23-də Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

O, ölümündən sonra  "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31