Qarabağ Müharibəsi Cinayətləri Komissiyasının Prezidenti Salih KURT ARB-24-ə danışıb
6 May 2021 10:34 SosialÖtən həftəsonu Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının Prezidenti Salih KURT Türkiyədən ARB-24 televiziyasının canlı efirinə qoşularaq komissiyanın yaranma zərurəti və gələcək fəaliyyət istiqamətlərindən ətraflı bəhs etmişdir. O, Qarabağ bölgəsindəki insanlıq soyqırımının sadəcə adi bir soyqırım olmadığını, ermənilər tərəfindən həm də Qarabağdakı tarixi və mədəni irsin tamamilə məhv edildiyini, bunun bəşəriyyətə və insanlığa yaraşmayan bir günah-cinayət olduğunu vurğulamışdır.
Pravdainfo.org xatırladır ki, hazırda Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının sıralarında dünyanın 36 ölkəsindən 120 tanınmış ekspert və hərbçilər, sabiq diplomatlar, tarixçi alimlər, nüfuzlu universitet rektorları və araşdırmaçı jurnalistlər vardır.
Onu da qeyd edək ki, Komissiyanın Prezidenti Salih KURT Türkiyədə terrorçu Abdullah Öcalanı həbs etmə əməliyyatında böyük cəsarət nümayiş etdirmişdir. O, bunun üçün Baş Nazirlik Yüksək Terror Məsləhət Heyətini toplamış, terrorçu Öcalanın həbsinə nail olunmuşdur.
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının sədri Salih KURT Dünya Türk Jurnalistlər Birliyinin (World Turkish Journalist Union) prezidenti olmaqla yanaşı, həm də Avropanın ən nüfuzlu təşkilatlarından olan "EAS Aqua Culture"nin (Avropa Su Məhsulları) 2020-ci ildə prezidentliyə namizədi olmuşdur. O, həmçinin Trtajans Media Holdinqinin Prezidenti kimi Türkiyə, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni yalanlarının ifşa edilməsi istiqamətində də ciddi fəallıq nümayiş etdirən nüfuzlu media ekspertidir.
Mahmud Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31