Qənirə Paşayeva Ramil Səfərovla görüşüb- FOTO

 Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovla görüşüb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovla görüşüb. "OLaylar" xəbər verir ki, Mədəniyyət Komitəsində baş tutan görüşdə, Qənirə Paşayeva Ramil Səfərovu doğum günü münasibətilə də təbrik edib, ona şəxsi və iş həyatında uğurlar arzulayıb. Zabitimizin gələn ilki doğum gününü doğma Cəbrayılda keçirməsini arzu edən, Q.Paşayeva, əslində, bunun yalnız bir arzu olmadığını, dərin inamın ifadəsi olduğunu deyib. - "Bu inamı bizə cənab Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizi və sizin kimi vətənpərvər zabitlərimizə bəslədiyimiz inam verir. İnşallah, Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağımızda torpaqlarımızı işğaldan azad edib, o torpaqlarda ləyaqətli həyatı bərpa edəcəyik". Komitə sədri Qənirə Paşayeva Ramil Səfərova vətənimizin müdafiəsi istiqamətindəki fəaliyətində daha da böyük uğurlar diləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31