Şəxsi səhifələrə məlumatların göndərilməsi başa çatıb
3-8 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan işə qəbul imtahanlarında iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumatlar göndərilib. Olaylar.az bildirir ki, həmin tarixlərdə texnologiya, informatika, coğrafiya və tarix fənləri üzrə növbəti test imtahanları keçiriləcək.
27 Avqust 2020 11:51 Sosial3-8 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan işə qəbul imtahanlarında iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumatlar göndərilib. Olaylar.az bildirir ki, həmin tarixlərdə texnologiya, informatika, coğrafiya və tarix fənləri üzrə növbəti test imtahanları keçiriləcək.
Bununla da müsabiqədə iştirak edəcək namizədlərin şəxsi səhifələrinə məlumatların göndərilməsi başa çatıb. Şəxsi səhifəsinə müvafiq məlumatın göndərilməsi ilə bağlı hər hansı problemlə qarşılaşan namizədlər Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (əlaqə telefonu-146) müraciət edə bilərlər.