Jurnalistə görə parlament Bağlandı
Koreya respublikasının Milli Assambleyası müvəqqəti olaraq parlamentin fəaliyyətini dayandırdığını bəyan edib. Buna səbəb binada fəaliyyət göstərən jurnalist-reportyorun koronavirusa yoluxmasıdır. SİA xəbər verir ki, bu haqda ölkənin Renhap agentliyi yazır.
27 Avqust 2020 11:46 SosialKoreya respublikasının Milli Assambleyası müvəqqəti olaraq parlamentin fəaliyyətini dayandırdığını bəyan edib. Buna səbəb binada fəaliyyət göstərən jurnalist-reportyorun koronavirusa yoluxmasıdır. SİA xəbər verir ki, bu haqda ölkənin Renhap agentliyi yazır.
"Bəllidir ki, bu gün səhər həmin jurnalist-reportyor tədbirlərdən birində iştirak edə bilib, daha sonra isə onun əvvəl verdiyi testinin cavabı müəyyən olunub. Məlum olub ki, jurnalistlə ən azı 50 nəfərdən çox adam əlaqədə olub. Onlar arasında 14 nəfər hakim partiyanın yüksək vəzifəli şəxsləri də var. Mümkündür ki, onlar da analiz verərək, özlərini ətraf mühitdən təcrid edəcəklər", koreyalıların yaydığı informasiyanı İnterfaks agentliyi də təsdiqləyir.
Ötən gün isə bəlli olub ki, bir sıra hökumət idarələri öz işlərini saxlayıblar. Belə ki, bu idarələrdə də koronavirus infeksiyasının yayılması halları müşahidə olunub.
Seulda, İnçhonda və Kenqidə isə hakimiyyət bir sıra ictimai yerlərin, o cümlədən gecə klublarının və muzeylərin fəaliyyətlərini dayandırıb. Qapalı məkanlarda 50 nəfərdən artıq insanın, küçələrdə isə 100 nəfərdən artıq adamın bir yerə toplaşması yasaqlanıb.
Cənubi Koreyada pandemiya başlayan andan etibarən 18 706 yoluxma halı qeydə alınıb, son sutka ərzində isə onların sayı 441 nəfər artıb, 313 nəfər isə həyatını itirib.