Vilayət Eyvazov mayoru rəis müavini təyin etdi

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Olaylar.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Vəli Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31