“Pandemiya tikintiyə də mane ola bilmədi”
Mayis Səfərli: “8 aya ərsəyə gətirilən 99 mənzilli tam təmirli bina sahiblərinə təhvil verildi”
27 Avqust 2020 10:40 SosialMayis Səfərli: "8 aya ərsəyə gətirilən 99 mənzilli tam təmirli bina sahiblərinə təhvil verildi"
"Dünən Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın doğum günü idi. Mətbuatdan gördüyümüz kimi, ölkəmizin birinci xanımına bu münasibətlə Azərbaycanın tanınmış ziyalıları,ictimai siyasi xadimləri, elm adamları, sadə vətənsevər insanları ilə yanaşı,digər ölkələrin dünyaca məşhur simaları,dövlət başçıları, siyasət adamları, xarici ölkə vətəndaşları çoxlu sayda təbrik məktubları ünvanlanmışdır". "Olaylar" xəbər verir ki, bunu deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, Mehriban xanım isə öz ailə ənənələrinə uyğun olaraq, bu dəfə də sadə insanların əhatəsində olmağa, onları sevindirməyə üstünlük verdi: "Bildiyiniz kimi, dünən Mehriban xanım Əliyeva Prezident Ilham Əliyevə bərabər rəhbəri olduğu H.Əliyev Fondunun inşa etdiyi bir sıra sosial yönümlü vacib obyektlərin açılışında iştirak ediblər. Onlardan biri Bakının Buzovna qəsəbəsindəki fəhlə yataqxanasıdır. Uzun illər qəzalı vəziyyətdə olan binanın sakinlərinin müraciət etmədikləri ünvan, döymədikləri qapı qalmamışdı. Söz versələr də,heç nə dəyişmirdi. Yüzə yaxın ailə təhlükə,hər an baş verə biləcək faciə qorxusu altında yaşayırdı. Sakinlər, nəhayət, Birinci Vitse Prezidentə yazdılar. Cəmi bir neçə gündən sonra H.Əliyev Fondunun nümayəndələri gəlib sakinlərlə görüşdülər,vəziyyətlə yerində tanış oldular, rəhbərliyə ətraflı məlumat təqdim etdilər. Mehriban xanım Əliyevanın çevik qərarı ilə yataqxananın sakinləri kirayə mənzillərdə yerləşdirildi. Bina sökülərək yenisinin inşasına başlandı. Pandemiya, hətta, tikintiyə mane ola bilmədi. Budur, 8 aya ərsəyə gətirilən 99 mənzilli tam təmirli və zəruri avadanlıqlarla təchiz olunmuş bina sahiblərinə təhvil verildi. Insanların sevincinin həddi -hüdudu yox idi. Onlar Birinci xanımın xeyirxahlığını heç vaxt unutmayacaqlar. Dünən açılışı baş tutan Qala qəsəbəsindəki 624 şagird üçün nəzərdə tutulmuş 216 nömrəli tam orta məktəbin inşası və Suraxanı rayonundakı S.Bəhlulzadə adına mədəniyyət evinin əsaslı təmiri də Birinci Vitse Prezidentin tapşırığı əsasında H.Əliyev fondu tərəfindən həyata keçirilmişdir. Ağır epidemioloji şəraitdə belə möhtəşəm layihələri reallaşdırmaq və onları vaxtında vətəndaşların istifadəsinə vermək bir fədakarlıqdır".