Artıq qaydalara riayət etməyi insanların öz üzərinə buraxmaq lazımdır

Deputat: “Əməl edənlər etsinlər, etməyənlər də özləri öz əziyyətlərini çəksinlər”

Deputat: "Əməl edənlər etsinlər, etməyənlər də özləri öz əziyyətlərini çəksinlər"

"Bütün idman yarışlarını bərpa etmək lazımdır. Məncə, artıq qaydalara riayət etməyi insanların öz üzərinə buraxmaq lazımdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Fazil Mustafayev əlavə edib ki, əməl edənlər etsinlər, etməyənlər də özləri öz əziyyətlərini çəksinlər: "Digər tərəfdən yas və toy mərasimlərini də tənzimləmək lazımdır. 30-40 nəfəri keçməmək şərti ilə toylar keçirilsin. Bir nəfərdən də artıq müğənni çağırılmasın. Yəni bir şənlik formasında keçirilsin. Yas mərasimlərini də eyni qaydada, 30 nəfərdən artıq insanın yığılmasına imkan verilməsin, eyni zamanda sosial məsafə gözlənilsin. İnsanları bu formada hədsiz məhdudiyyətlə qapamaq olmaz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31