BÜTÜN DÜNYAYA ÇAĞIRIŞ EDƏN LİDER- ƏMİNƏ YUSİFQIZI YAZIR

Tarixin səhifələrində nəinki iz salmaq, heç onu sadəcə vərəqləmək belə hər adama nəsib olmur. Ərinməyin, dünyanın istər fəlsəfi, istər mədəni, istərsə də iqtisadi inkişafını əks etdirən kitabları vərəqləyin, təkamül tarixinə baxın. Paradokslarla, absurdlarla, bəzən isə paralellərlə zəngin olan müxtəlif zaman kəsiklərində müxtəlif şəxsiyyətlər xalqı ağır durumdan çıxarıb onu inkişafın hamar yoluna gətirir. Ulu öndərdən sonra bu missiyanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev davam etdirir. Bax, hazırda belə ağır günlərdən birini yaşayırıq. COVİD-19 pandemiyası az qala bütün dünyanı cənginə alıb, dünya üzərində qara bulud kimi dolaşmaqdadır. Əslində boynumuza alaq ki, biz Azərbaycanda yaşayanlar bu gözəgörünməz düşmənə görə bir o qədər də təntimədik, şaşırmadıq. Çünki, insanlara qənim kəsilən pandemiya şəraitində bir daha gördük və əmin olduq ki, dövlətimizin başçısının vətəndaşlara olan qayğısı, əhalinin sağlamlığı yolunda atdığı addımlar şəxsən özünün nəzarəti altındadır, gördüyü qabaqlayıcı tədbirlər, bu yolda etdiyi fədakarlıqlar hər birimizi ürəkli olmağa, gələcəyə ümidlə baxmağa vadar etdi.

Bildiyimiz kimi, bu il may ayının 4-də Prezident  İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi Qoşulmama Hərəkatının Təmas  Qrupunun "COVİD-19" pandemiyasına həsr edilmiş onlayn  Zirvə Görüşü təşkil edilmişdi. Burada Prezidentimiz İlham Əliyev təəssüf hissi ilə bildirmişdir ki, beynəlxalq münasibətlər sistemində nədənsə bu istiqamətdə BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür. Dünyanın aparıcı  ölkələri qlobal  liderlik əvəzinə geosiyasi rəqabət və özünü təcridə kökləniblər. Prezident İlham Əliyev Zirvə Görüşündə həmçinin BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində vidokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsinin vacibliyi haqqında təklif vermişdir.

Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik.

Belə bir təşəbbüsə görə cənab Prezident İlham Əliyevə təşəkkürünü bildirən BMT-nin Baş katibi cənab Antonio Quterreş ölkə başcımızın bütün səylərinin dəstəklədiyini bir daha bəyan etdi.

Bildiyiniz kimi Təklif Nyu Yorkda 120 Qoşulmama Hərəkatı üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır.

BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının "Prosedur Qaydaları" adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir.

Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Sözügedən müddətin bitməsinə qədər 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar.

130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. 

Bu təəşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan bu təşəbbüsə qarşı çıxış etməklə bir daha özünün əslində kim olduğunu göstərdi. Dünya ictimaiyyəti Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Niyəsə mən istər-istəməz üzdəniraq Milli Şuranın videokonfransında neftin qiymətinin 14 dollara düşməsini sevinə-sevinə bir birniə xəbər verən müxalifətçilərlə paşinyanlar arasında hansısa fərq axtarsam da tapa bilmədim. Cənab Prezidentin təbirincə desək: "Görün, nəyə sevinirlər? Sevinirlər ki, neftin qiyməti 14 dollara düşüb. Buna kim sevinir? Bir Ermənistan, bir də özünü müxalifət adlandıran bu antimilli Şura. Neftin qiyməti 14 dollara düşəndə axı, insanlar bundan əziyyət çəkəcəklər. Amma bu, onların işinə yarayır, Azərbaycan üçün nə qədər pisdir, onlar üçün o qədər yaxşıdır". Bəli, adlarını müxalifət qoyan bu insanlarla ermənilər arasında heç bir fərq tapmamağım məni təəssüfləndirdi.

Boynuma alıram ki, niyəsə mən Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev cənablarına Paşinyanın başı üstündəki "Domokl qılıncı" kimi baxır və Ermənistanı siyasi repressyalar ağuşuna salmış, necə deyərlər, meydanlardan, küçələrdən dövlət başına gətirilən, populist çıxışları ilə tanınan Nikol Paşinyanın sonuna çata biləcək bir şəxsiyyət kimi görürəm.

Mən inanıram ki, ölkəmizin başçısı İlham Əliyev cənablarının təklifi ilə keçiriləcək xüsusi sessiya baş tutacaq, dünya ictimaiyyəti Covid-19-a qarşı bütün səylərini birləşdirib bu epidemiyaya qalib gələcəkdir.

Əminə YUSİFQIZI,

YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31